"WikiLeaks": Barak Obama yalan danışır
"WikiLeaks" təşkilatı özünün "Twitter" səhifəsində ABŞ prezidenti Barak Obamanı yalan danışmaqda ittiham edib.
İKT.lent.az-ın Gazeta.ru-ya istinadən xəbərinə görə, "WikiLeaks" bəyan edib ki, Obama ABŞ Milli Təhlükəsizlik Agentliyinin sabiq əməkdaşı Edvard Snoudeni əfv edə bilməyəcəyini deyərkən yalan danışır.
"O, həqiqəti demir və həqiqəti demədiyini də yaxşı bilir" - deyə açıqlamada qeyd olunur.
Qeyd edək ki, ABŞ prezidenti Almaniyanın "Spiegel" nəşrinə müsahibəsində məhkəmə qarşısında durmayan şəxsləri əfv edə bilməyəcəyini söyləyib.
Edvard Snouden isə bəyan edib ki, Donald Trampın prezident seçilməsindən sonra ABŞ-a ekstradisiyasından narahat deyil.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər