• $ 1.7
  • € 2.0045
  • ₽ 0.021798
  • ₺ 0.0397
  • £ 2.2973

“Güzəştli İpoteka” qiymətlərə necə təsir edəcək? - EKPSERT

“Güzəştli İpoteka” qiymətlərə necə təsir edəcək? - EKPSERT
21.11.2016 16:39
Prezidentin 16 noyabr 2016-ci ildə imzaladığı sərəncama uyğun olaraq, vətəndaşlar güzəştli şəkildə mənzillər əldə edəcəklər. Belə ki, aztəminatlı ailələr, eləcə də, kreditlə mənzil ala bilməyən vətəndaşlar bundan sonra güzəştli şəkildə ev sahibi ola biləcəklər.
 
Bəs görəsən, "Güzəştli Mənzil” sisteminin tətbiqi daşınmaz əmlak bazarına necə təsir edəcək? 
 

Nüsrət İbrahimov - "MBA Group" şirkətinin Baş direktoru, daşınmaz əmlak məsələləri üzrə ekspert 

"MBA Group" şirkətinin Baş direktoru, daşınmaz əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov ANN.Az-a açıqlamasında bildirib ki, yeni sistemin mənzil bazarına demək olar ki, təsiri olmayacaq:

"İpoteka Fondu və banklar əhaliyə kredit verirdi. Bu pulların hamısı bazara axıb gedirdi. Bazarda təklif qıtlığı yaranırdı, tələbat artırdı. Bu da qiymət artımına səbəb olurdu. İndi isə əlavə tikililər (2000-ə yaxın mənzil bazara çıxarılır) bazarda təklif portfelini böyüdəcək. Nəticə etibarilə, bu da stabilləşdirici faktor olacaq. Aztəminatlı ailələrin mənzil bazarında, kommersiya seqmentində demək olar, payları azdır. Ona görə də, "Güzəştli Mənzil” sisteminin mənzil bazarına təsiri demək olar, yoxdur”.

"İkincisi, yeni sistemin tətbiqi mənzil bazarına əlavə pul gətirəcək. Bununla da, tikinti bazarında və tikinti materiallarının satılmasında aktivlik müşahidə olunacaq”, - deyə N. İbrahimov əlavə edib.
    
Qeyd edək ki, Azərbaycan prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru Samir Nuriyev mətbuata açıqlamasında "Güzəştli Mənzil" sisteminin 2017-ci il mayın 1-dən etibarən istifadəyə veriləcəyini açıqlayıb.

Orxan Aslanlı

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda yeni zavod tikiləcək
İqtisadiyyat 09:39
Azərbaycanda yeni zavod tikiləcək
İqtisadiyyat 07:17
"Forbes" Azərbaycan haqqında süjet hazırladı - VİDEO
Prezident gəlirlərlə bağlı tapşırıq verdi
İqtisadiyyat 01:13
Prezident gəlirlərlə bağlı tapşırıq verdi
Mərkəzi Bank depozit hərracı keçirdi - 39,5 mln. manat
İqtisadiyyat 00:02
Mərkəzi Bank depozit hərracı keçirdi - 39,5 mln. manat
Çörək bahalaşacaq? – ZAVODDAN AÇIQLAMA
İqtisadiyyat 22:53
Çörək bahalaşacaq? – ZAVODDAN AÇIQLAMA
İlin sonunda manatı nə gözləyir? - AÇIQLAMA
İqtisadiyyat 22:48
İlin sonunda manatı nə gözləyir? - AÇIQLAMA
İlham Əliyev
İqtisadiyyat 22:01
İlham Əliyev "vergi amnistiyası" qanununu təsdiqlədi
Azərbaycanda benzin yenə bahalaşdı – QİYMƏT
İqtisadiyyat 09:30
Azərbaycanda benzin yenə bahalaşdı – QİYMƏT
Azərbaycanda “Hostel” tipli yerləşdirmə vasitələri yaradılacaq
İqtisadiyyat 19:48
Azərbaycanda “Hostel” tipli yerləşdirmə vasitələri yaradılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol