Mirşahin əməliyyat olundu - VİDEO
ANS Şirkətlər Qrupunun vitse-prezidenti, telejurnalist Mirşahin Ağayev Türkiyədə əməliyyat olunub.
Jurnalistin yaxınları musavat.com-a hazırda onun vəziyyətinin normal olduğunu bildiriblər:
"Mirşahinin səhhətində çoxdan problem var idi. Həkimlər yayda əməliyyat olunmağı tövsiyə etmişdilər. Lakin ANS-in bağlanması planları pozdu. Ona görə də əməliyyat gecikdi. Vəziyyəti ciddi olduğu üçün Türkiyəyə getməli olub".
ANS Şirkətlər Qrupu prezidentinin media üzrə müşaviri Mais Məmmədov bildirdi ki, Mirşahin şənbə günü əməliyyat olunub. Jurnalist mədəsindəki problemlə bağlı əməliyyat keçirib və hər hansı onkoloji xəstəliyi yoxdur:
"Şükür Allaha, əməliyyat yaxşı keçib, uğurlu əməliyyat olub. İndi yavaş-yavaş özünə gəlir. Həkimlər nə vaxt icazə versə, ölkəyə qayıdacaq. Yəqin ki, 4-5 gün çəkər".
M.Ağayev özü isə bu haqda danışmaq istəməyib.
Qeyd edək ki, Vahid Mustafayev "Facebook" səhifəsində Mir Şahinin şəxsi ismarışını paylaşıb.
"Bu gün Azərbaycan mediasında gecikmiş bir xəbərə rast gəldim. Qardaşım və silahdaşım Mir Şahinin ölkəni tərk etməsi nəyə görəsə, 5 gündən sonra gündəmə gətirilir. Mətbuatın ona göstərdiyi diqqətə görə təşəkkürümü bildirirəm. Amma eyni zamanda Mir Şahinin ətrafında bu qədər ajiotaj yaranmasına da təəccüblənirəm. ANS bağlananda bele hay-küy olmamışdı. Nə olub ki? Nə fövqəladə hadisə baş verib ki? Müayinə və əməliyyat səbəbilə Türkiyəyə, qardaş ölkəyə gedib, heç bir təhlükə yoxdur, əməliyyatı uğurlu olub, bərpa prosesindədir. Bütün söz-söhbətlərə son qoymaq üçün mənə yolladığı şəxsi video ismarışı paylaşıram", - deyə V. Mustafayev əlavə edib.
ANN.AZ istipress.com-a istinadən videonu təqdim edirik:
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Cəmiyyət
23:13
Azərbaycan səfirliyi Peruda aztəminatlı ailələrin uşaqlarına bayram hədiyyələri verib
Cəmiyyət
20:47
Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib