• $ 1.7
  • € 2.0045
  • ₽ 0.021798
  • ₺ 0.0397
  • £ 2.2973

"Bunların hamısı təxribatdır" - Seyfulla Mustafayev

22.11.2016 16:31
"Bu barədə məlumatı kim verib? Sizə bunu kim tapşırıb? Ola bilməz ki, bir gündə 10 saytdan zəng etsinlər bununla bağlı. Bütün bunlar təxribatdır”. 
 
Bunu ANN.Az-a ANS Şirkətlər Qrupunun Strateji Planlaşdırma üzrə vitse-prezidenti Seyfulla Mustafayev ANS-in binasının köçürülməsi ilə bağlı yayılan məlumatlar barədə danışarkən bildirib.
 
Qeyd edək ki, son günlər mediada iyulun 18-də fəaliyyətini dayandıran ANS-in yerləşdiyi ərazidən çıxarıldığı barədə məlumatlar yayılıb.
 
ANS Şirkətlər Qrupunun fəaliyyəti dayandırılsa da, telekompaniya ətrafında qalmaqallar səngimək bilmir. Bəzi məlumatlara görə, ANS-in ərazisi Zoologiya İnstitutuna məxsus olduğundan onun tezliklə geri alınacağı gözlənilir.

Zoologiya İnstitutunun direktoru Elman Yusifov Modern.az-a açıqlamasında ərazinin geri alınması ilə bağlı,  iddiaçı qismində ola bilmədiklərini bildirib.

"Həmin ərazini geri qaytarmaq məsələsi tamamilə bizim nəzarətimizdən kənardadır. Ərazini geri almaq səlahiyyətimiz yoxdur. Elmlər Akademiyasının prezidenti, İşlər İdarəsi,  Rəyasət Heyəti var. Bu məsələləri onlar həyata keçirə bilər”.

İnstitutun direktorunun sözlərinə görə, ANS-ın məskunlaşdığı əraziyə Əmlak Məsələləri Dövlət Komitəsi nəzarət edib.

"Bütün əmlak dövlətə məxsusdur. Zoologiya İnstitutu da dövlət müəssisəsidir. ANS-lə  icarə müqaviləsini Əmlak Məsələləri Dövlət Komitəsi bağlamışdı. Artıq Dövlət Komitəsi ilə ANS Şirkətlər Qrupu arasında müqavilənin vaxtı bitib. Şirkət ləğv olunduğuna görə, Əmlak Komitəsi də həmin müqaviləni ləğv edib. Buna baxmayaraq, onlar hələ də həmin ərazidədirlər. Qapılar möhürlənib, bağlanıb. Ərazi polis nəzarəti altındadır”.

Əmlak Məsələləri Dövlət Komitəsindən isə Modern.az-a bildirilib ki, obyekt də, idarəçilik də Zoologiya İnstitutuna məxsusdur. Adıçəkilən ərazinin geri qaytarılmasına da nəzarət institutun iş prinsipinə daxildir.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sumqayıtda avtomobil yanıb
Cəmiyyət 23:17
Sumqayıtda avtomobil yanıb
Azərbaycan səfirliyi Peruda aztəminatlı ailələrin uşaqlarına bayram hədiyyələri verib
Cəmiyyət 23:13
Azərbaycan səfirliyi Peruda aztəminatlı ailələrin uşaqlarına bayram hədiyyələri verib
Balakəndə orta məktəb binasında yanğın olub
Cəmiyyət 23:08
Balakəndə orta məktəb binasında yanğın olub
Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib
Cəmiyyət 20:47
Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib
Saleh Səmədovun həbs müddəti uzadılıb
Cəmiyyət 20:20
Saleh Səmədovun həbs müddəti uzadılıb
Qazaxıstan AZAL təyyarəsinin aviaqəzası ilə bağlı istintaqın başa çatma müddəti barədə məlumat yayıb
Cəmiyyət 18:30
Qazaxıstan AZAL təyyarəsinin aviaqəzası ilə bağlı istintaqın başa çatma müddəti barədə məlumat yayıb
Xəzər rayonunda əl qumbarası aşkar edilib - Video
Cəmiyyət 18:17
Xəzər rayonunda əl qumbarası aşkar edilib - Video
Sabah Sabunçu və Xətai rayonlarında qaz olmayacaq
Cəmiyyət 18:05
Sabah Sabunçu və Xətai rayonlarında qaz olmayacaq
Beynəlxalq axtarışa verilmiş şəxs Qazaxıstandan Azərbaycana ekstradisiya olunub
Cəmiyyət 17:34
Beynəlxalq axtarışa verilmiş şəxs Qazaxıstandan Azərbaycana ekstradisiya olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol