• $ 1.7
  • € 1.9897
  • ₽ 0.02109
  • ₺ 0.0415
  • £ 2.2968

Bakı- Sumqayıt qatarı yolda qaldı - RƏSMİ AÇIQLAMA

Bakı- Sumqayıt qatarı yolda qaldı - RƏSMİ AÇIQLAMA
23.11.2016 10:08
Bakı-Sumqayıt sürət qatarının hərəkətində problem yaranıb. 

Sərnişinlərin AzVision.az-a verdiyi məlumata görə, buna səbəb kimi daha öncə yola düşən qatarın enerjisinin kəsilməsi göstərilir. 

Qatar 30 dəqiqədən çoxdur ki, yolda qalıb:
 
"Qatar "Trump Tower” otelinin yaxınlığından keçən hissədə hərəkətsiz vəziyyətdə qalıb. Bizə verilən məlumata görə, əvvəlki qatarın enerjisinin kəsilməsi qatarların hərəkət qrafikini pozub və belə vəziyyət yaranıb. Ən pisi isə odur ki, qatarın istilik sistemi işləmir”. 

"Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Bakı-Sumqayıt sürət qatarının hərəkətində yaranan problemə aydınlıq gətirib. 

QSC-nin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov AzVision.az-a açıqlamasında faktı təsdiqləyib. Bildirib ki, xətdə gərginliyin olmaması ilə əlaqədar Bakı-Balakən qatarnın Bakı sərnişin stansiyasına qəbul olunmasında problem yaranıb. Bu səbəbdən Bakı-Sumqayıt sürət qatarının hərəkətində problem yaranıb.

Qurum rəsmisinin sözlərinə görə, artıq problem aradan qaldırılıb:
 
"Bakı-Balakən qatarı 30 dəqiqə gecikmə ilə stansiyaya qəbul olunub və artıq qatar yola salınıb. Hazırda Sumqayıtdan Bakıya gələn bütün qatarlar qəbul olunur”.


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
11-ci sinif buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki açıqlanıb
Cəmiyyət 16:45
11-ci sinif buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki açıqlanıb
Peskov Aktau qəzası ilə bağlı ilkin hesabatı şərh etməyib
Cəmiyyət 13:38
Peskov Aktau qəzası ilə bağlı ilkin hesabatı şərh etməyib
Bəzi ərazilərdə külək güclənib - Faktiki hava
Cəmiyyət 16:18
Bəzi ərazilərdə külək güclənib - Faktiki hava
Xırdalana yeni yollar çəkiləcək
Cəmiyyət 20:48
Xırdalana yeni yollar çəkiləcək
Rusiya aviaşirkəti Azərbaycana uçmaq istəyir
Cəmiyyət 15:41
Rusiya aviaşirkəti Azərbaycana uçmaq istəyir
Bakıda iki media qurumunun sahibinin məhkəməsi keçirilir
Cəmiyyət 14:41
Bakıda iki media qurumunun sahibinin məhkəməsi keçirilir
Bələdiyyələr özünü idarə etmir,  idarə olunur - ekspert ARAŞDIRMA
Cəmiyyət 08:36
Bələdiyyələr özünü idarə etmir, idarə olunur - ekspert ARAŞDIRMA
Cəmiyyət 18:31
"Abzas media" işi üzrə məhkəmə prosesi keçirilib - REPORTAJ
Azərbaycanda ötən il işsizliyin səviyyəsi açıqlanıb
Cəmiyyət 18:05
Azərbaycanda ötən il işsizliyin səviyyəsi açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol