• $ 1.7
  • € 2.0045
  • ₽ 0.021798
  • ₺ 0.0397
  • £ 2.2973

İlham Əliyev Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya Sərgisini ziyarət etdi

İlham Əliyev Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya Sərgisini ziyarət etdi
23.11.2016 10:54
Bakı Ekspo Mərkəzində II Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya sərgisi keçirilir.

"Report” xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva sərgi ilə tanış olublar.

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov Azərbaycan Prezidentinə sərgi barədə məlumat verib. Bildirilib ki, Əmlak Məsələləri Dövlət Komitəsi, "Elan Expo” və "Atılım Fuarcılık” şirkətlərinin təşkilatçılığı ilə keçirilən II Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya sərgisində Azərbaycan ilə yanaşı, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Gürcüstan, Kipr, Ukrayna, İspaniya, Rusiya, Portuqaliya, Macarıstan və Lüksemburqdan 100-ə yaxın brend tikinti və inşaat layihələri təqdim olunur.

Avropa, Orta Şərq və Qafqaz ölkələrinin ən cazibədar əmlak layihələrinin nümayiş etdirildiyi sərginin əsas məqsədi Azərbaycanda daşınmaz əmlak bazarının canlandırılması, bu sahəyə yatırılan yerli və xarici investisiyaların həcminin artırılmasıdır. Eləcə də daşınmaz əmlak bazarı ilə bağlı mövcud investisiya mühitinin xarici investorlara nümayiş etdirilməsi və sərmayədarların ölkədə həyata keçirilən özəlləşdirmə prosesinə cəlb edilməsi məsələsində də sərgi mühüm əhəmiyyət daşıyır. Bu beynəlxalq tədbir bir çox ölkənin daşınmaz əmlak məsləhətçilərinin və sahibkarlıq subyektlərinin fəaliyyətini əlaqələndirmək baxımından da önəmlidir.

Dövlət başçısı sərginin pavilyonları ilə yaxından tanış olub.

Sərgi noyabrın 24-dək davam edəcək


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 11:54
"BakuBus" daha bir marşrut xəttinin istiqamətini dəyişdi
İran Mərkəzi Bankı Bakı və Tehran bankları arasında əməkdaşlıq təklif etdi
İqtisadiyyat 11:46
İran Mərkəzi Bankı Bakı və Tehran bankları arasında əməkdaşlıq təklif etdi
Vahid Əhmədov: Təhsil və səhiyyə işçilərinin maaşı artırılmalıdır
İqtisadiyyat 11:42
Vahid Əhmədov: Təhsil və səhiyyə işçilərinin maaşı artırılmalıdır
Ət bahalaşdı – VİDEO
İqtisadiyyat 11:41
Ət bahalaşdı – VİDEO
Pərakəndə ticarət fəaliyyəti ilə məşğul olanlardan ƏDV ticarət əlavəsindən tutulacaq
İqtisadiyyat 11:34
Pərakəndə ticarət fəaliyyəti ilə məşğul olanlardan ƏDV ticarət əlavəsindən tutulacaq
Dolların ucuzlaşmasının səbəbləri açıqlandı
İqtisadiyyat 11:28
Dolların ucuzlaşmasının səbəbləri açıqlandı
Bakıda SON VƏZİYYƏT: Yollar buz bağlayıb, tıxac var
İqtisadiyyat 11:17
Bakıda SON VƏZİYYƏT: Yollar buz bağlayıb, tıxac var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol