Rayon sakinləri Bakıda güzəştli mənzil ala bilər - RƏSMİ
"Güzəştli şərtlərlə sosial mənzillər harada tikilirsə, orada qeydiyyatda olan şəxslərə satılacaq”
Bunu mətbuata açıqlamasında millət vəkili Musa Quliyev kimlərin güzəştli şərtlərlə sosial mənzilə sahib olacağına münasibət bildirərkən deyib.
Rayon qeydiyyatında olub paytaxtda yaşayanlar, eləcə də məcburi köçkün ailələri Bakıda güzəştli şərtlə sosial mənzillərə nə vaxt sahib olacaqlar?

Diana Dadaşova - Mənzil İnşaatı Dövlət Agentliyinin mətbuat katibi
Məsələ ilə əlaqədar Azərbaycan Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) mətbuat xidməti ilə əlaqə saxladıq. Agentliyin mətbuat katibi Diana Dadaşova ANN.Az-a açıqlamasında bu məsələ ilə bağlı qanunvericilikdə heç bir məhdudiyyət olmadığını dedi.
Qeyd edək ki, prezident İlham Əliyev 16 noyabr 2016-ci ildə "MİDA Məhdud Məsuliyyətli Cəmiyyətinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”nın təsdiq edilməsi haqqında fərman imzalayıb.
Orxan Aslanlı