Ərdoğan və Putin telefonda Suriyanı müzakirə etdi
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya dövlət başçısı Vladimir Putin arasında telefon danışığı baş tutub.
ANN.Az Türkiyənin "NTV" telekanalına istinadən xəbər verir ki, telefon danışığının əsas mövzusu Suriya problemi olub.
Fərat Qalxanı hərbi əməliyyatları çərçivəsində Əl-Bab bölgəsində baş verən döyüşlər barədə danışan iki dövlət başçısı həmçinin, Suriyada yaşananlar barədə də razılaşma əldə etmək barədə müzakirələr aparıb.
Kamil ƏMİRLİ
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər