Cənubi Koreyanın prezidenti istefa verdi
Beş həftədir davam edən etiraz nümayişlərinin ardından Cənubi Koreyanın prezidenti Park Geun-Hye istefa edəcəyini açıqlayıb.
Qaynarinfo.Az xarici mətbuata istinadən xəbər verir ki, dövlət başçısı istefasını canlı yayında açıqlayıb.
Canlı yayım zamanı o bildirib ki, iqtidarın güvənli bir vəziyyətdə təhvil verilməsi üçün plan hazırlanmalıdır.
Park Guen-Hye canlı yayım zamanı bir daha xalqa səslənərək, "Choi skandalı" ilə əlaqədar üzr istəyib.
Qeyd edək ki, Park Guen-hyenin səlahiyyət müddəti 2018-ci ildə tamamlanacaqdı.
Parkın istefasını istəyən xalq bir aydan artıq müddətdir ki, hər şənbə günü etiraz aksiyası keçirirdilər.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər