• $ 1.7
  • € 2.0045
  • ₽ 0.021798
  • ₺ 0.0397
  • £ 2.2973

Ərdoğandan İsrailə xəbərdarlıq: “Sülh üçün tək yol...”

Ərdoğandan İsrailə xəbərdarlıq: “Sülh üçün tək yol...”
29.11.2016 20:36
"Əbədi sülh üçün tək yol 1968-ci il xəritəsi əsasında müstəqil Fələstin dövlətinin qurulmasıdır”.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, bunu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan "Parlamentlərarası Qüds platforması: Qüds və danışıqlar prosesinin problemləri simpoziumu”nda çıxışında deyib.

Onun sözlərinə görə, Fələstini tanıyan ölkələrin sayının 137-ni keçməsi üçün çalışmaq lazımdır: "Bu, bir insanlıq vəzifəsidir. Fələstinin İsraillə eyni şəkildə təmsil olunmasını təmin etməliyik. Yaxın Şərqin ürəyindəki bu yara müalicə olunmadan bölgədə dinclik və sakitliyin olacağı düşünülə bilməz. İsrail və digər ölkələr gərginliyi yüksəldəcək addımlar atır. Müsəlmanların ibadətlərini məhdudlaşdıran təcavüzkar hərəkətlərə səssiz qala bilmərik. Məscidi-Aksanın içində olduğu Haramül Şərif müsəlmanlara aiddir, elə də qalacaq”.

İsraildə azanın qadağası ilə bağlı hazırlanan qanun layihəsinə toxunan Ərdoğan bunu təhlükəli hesab etdiyini deyib: "Azan qadağasının müzakirə edilməsi belə ağıl və vicdandan uzaqdır. Bu müzakirənin heç kimə faydası yoxdur. Bu qadağanın tətbiqi yalnız fələstinlilərin deyil, bütün müsəlmanları təhqiri deməkdir. Mövzu ilə bağlı narahatlıqlarımızı, qanun layihəsinin qəbul ediləcəyi halda nə cür təhlükəli nəticələrə gətirib çıxara biləcəyini israilli səlahiyyətlilərə çatdırdıq”.

Suriyada həyata keçirilən "Fərat Qalxanı” əməliyyatından danışan Türkiyə prezidenti bildirib ki, bu ölkəyə diktator Bəşər Əsədin hökmranlığına soy qoymaq üçün giriblər.

"Biz səbr, səbr dedik, ən sonda dözə bilməyərək Azad Suriya Ordusu ilə Suriyaya girmək məcburiyyətində qaldıq. Nə üçün girdik? Bizim Suriya torpaqlarında gözümüz yoxdur. Biz dövlət terroru ilə məşğul olan Əsədin hökmranlığına son qoymaq üçün oraya girdik”, - deyə Ərdoğan vurğulayıb.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Suriya yeni pul vahidini dövriyyəyə buraxır
Dünya 23:58
Suriya yeni pul vahidini dövriyyəyə buraxır
Zelenski Uitkoff və Kuşnerle telefon danışığı aparıb
Dünya 22:43
Zelenski Uitkoff və Kuşnerle telefon danışığı aparıb
Yaponiyada 5,6 maqnitudada zəlzələ baş verib
Dünya 21:51
Yaponiyada 5,6 maqnitudada zəlzələ baş verib
Gürcüstanın keçmiş müdafiə naziri saxlanılıb
Dünya 21:31
Gürcüstanın keçmiş müdafiə naziri saxlanılıb
Rusiya vətəndaşlarını bu ölkəyə səfər etməməyə çağırıb
Dünya 20:10
Rusiya vətəndaşlarını bu ölkəyə səfər etməməyə çağırıb
İsrail Livanda SEPAH-ın yüksək rütbəli komandirini məhv edib
Dünya 19:25
İsrail Livanda SEPAH-ın yüksək rütbəli komandirini məhv edib
Rusiya təyyarəsi təcilieniş edib
Dünya 11:09
Rusiya təyyarəsi təcilieniş edib
Qəzza sazişinin ikinci mərhələsi yanvarda başlayacaq
Dünya 10:36
Qəzza sazişinin ikinci mərhələsi yanvarda başlayacaq
Ərdoğan liviyalı həmkarına başsağlığı verib
Dünya 23:08
Ərdoğan liviyalı həmkarına başsağlığı verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol