• $ 1.7
  • € 2.0045
  • ₽ 0.021798
  • ₺ 0.0397
  • £ 2.2973

İlham Əliyev “Bakutel 2016” sərgisi ilə tanış oldu

İlham Əliyev “Bakutel 2016” sərgisi ilə tanış oldu
30.11.2016 10:02
Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva noyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən 22-ci Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya texnologiyaları "Bakutel 2016” sərgisi ilə tanış olublar.
 
"APA-Economics"in xəbərinə görə, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Azərbaycan prezidentinə sərgi barədə məlumat verib.
 
Bildirilib ki, regionun ən böyük tədbirlərindən biri olan "Bakutel” sərgisi 20 ildən artıqdır ki, hər il telekommunikasiya bazarının aparıcı iştirakçılarını öz platformasında bir araya toplayır. İT üzrə məhsul və xidmətlərin nümayiş olunduğu əsas meydança kimi, "Bakutel” sərgisi möhkəm əlaqələrin qurulduğu və yeni müəssisələrin təsis olunduğu başlıca biznes-platformaya çevrilib.
 
Qeyd olunub ki, builki sərgidə Azərbaycan, ABŞ, Almaniya, Türkiyə və digər ölkələri təmsil edən 200-dən artıq şirkət iştirak edir. İştirakçıların 40%-i "Bakutel” sərgisinin daimi eksponentləridir. Sərgi iştirakçıları arasında aparıcı İKT şirkətləri, Azərbaycanın mobil / rabitə operatorları, internet provayderləri, sistem inteqratorları və tanınmış brendlərin distribyutorları yer alır. Ənənəvi olaraq, sərgidə Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə iştirak edən bir sıra ölkələrin milli stendləri təqdim olunur.
 
Dövlətimizin başçısı sərginin pavilyonları ilə yaxından tanış olub.


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 11:54
"BakuBus" daha bir marşrut xəttinin istiqamətini dəyişdi
İran Mərkəzi Bankı Bakı və Tehran bankları arasında əməkdaşlıq təklif etdi
İqtisadiyyat 11:46
İran Mərkəzi Bankı Bakı və Tehran bankları arasında əməkdaşlıq təklif etdi
Vahid Əhmədov: Təhsil və səhiyyə işçilərinin maaşı artırılmalıdır
İqtisadiyyat 11:42
Vahid Əhmədov: Təhsil və səhiyyə işçilərinin maaşı artırılmalıdır
Ət bahalaşdı – VİDEO
İqtisadiyyat 11:41
Ət bahalaşdı – VİDEO
Pərakəndə ticarət fəaliyyəti ilə məşğul olanlardan ƏDV ticarət əlavəsindən tutulacaq
İqtisadiyyat 11:34
Pərakəndə ticarət fəaliyyəti ilə məşğul olanlardan ƏDV ticarət əlavəsindən tutulacaq
Dolların ucuzlaşmasının səbəbləri açıqlandı
İqtisadiyyat 11:28
Dolların ucuzlaşmasının səbəbləri açıqlandı
Bakıda SON VƏZİYYƏT: Yollar buz bağlayıb, tıxac var
İqtisadiyyat 11:17
Bakıda SON VƏZİYYƏT: Yollar buz bağlayıb, tıxac var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol