Nazarbayevə heykəl ucaldılıb
Qazaxıstanın Taldıkorqan şəhərində ölkə prezidenti Nursultan Nazarbayevin heykəlinin açılışı olub.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, heykəl Qazaxıstanın müstəqilliyinin 25 illiyi münasibəti ilə ucaldılıb.
Bürüncdən olan heykəlin hündürlüyü 4,2 metrdir.
Bu, Qazaxıstanda Nazarbayevin ilk heykəli deyil. Onun Astana və Almatı şəhərlərində də heykəlləri var.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər