Dünyanın ən böyük internet arxivi ABŞ-dan gedir
"Internet Archive" təşkilatı dünyadakı ən böyük veb-sayt arxivini Kanadaya köçürməyə hazırlaşır.
İKT.lent.az-ın xəbərinə görə, bu barədə təşkilatın bloqunda məlumat verilib.
"Internet Archive"in banisi Bryuster Keyl ictimaiyyətə müraciət edərək, kontentin Kanadaya köçürülməsi üçün maddi yardım etməyə çağırıb. Onun sözlərinə görə, Donald Trampın ABŞ prezidenti seçilməsindən sonra interneti böyük məhdudiyyətlər gözləyə bilər.
Qeyd edək ki, "Internet Archive" 1996-cı ildə qeyri-kommersiya təşkilatı kimi yaranıb.
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox