2017-ci il üçün "Türk dünyasının mədəniyyət paytaxtı" seçildi
Dekabrın 1-də Şəkidə keçirilən TÜRKSOY mədəniyyət nazirləri Daimi Şurasının 34-cü toplantısına yekun vurulub.
Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, toplantı çərçivəsində qəbul olunan qərarlar və yekun bəyannamə imzalanıb.
İmzalanma mərasimindən sonra 2017-ci il üçün "Türk dünyasının mədəniyyət paytaxtı" Qazaxıstanın Türkistan şəhərinin seçildiyi elan olunub.
Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev "Türk dünyasının mədəniyyət paytaxtı" layihəsinin rəmzlərini Qazaxıstan nümayəndəsinə təqdim edib.
www.ann.az