Zakir Qaralov Yevlaxda vətəndaşları qəbul edəcək
Baş prokuror Zakir Qaralov Mingəçevir şəhəri, Yevlax, Ağdaş, Ucar, Bərdə və Zərdab rayonlarında yaşayan vətəndaşlarını qəbul edəcək.
ANN.Az xəbər verir ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Baş prokuror Zakir Qaralov cari il dekabrın 9-da saat 10:00-da Yevlax rayon prokurorluğunun inzibati binasında, Mingəçevir şəhəri, Yevlax, Ağdaş, Ucar, Bərdə və Zərdab rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirəcək.
Qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaq. Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Yevlax şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.
Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Cəmiyyət
23:13
Azərbaycan səfirliyi Peruda aztəminatlı ailələrin uşaqlarına bayram hədiyyələri verib
Cəmiyyət
20:47
Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib