• $
  • £

Əliağa Vahidin oğlunun povesti özbək dilində dərc olunub

Əliağa Vahidin oğlunun povesti özbək dilində dərc olunub
02.12.2016 13:42
Özbəkistanın paytaxtı Daşkənddə nəşr olunan "Soqdiana” qəzetində azərbaycanlı yazıçı Vaqif Sultanlının "Ölüm yuxusu" povesti dərc edilib.
 
Əsəri özbək dilinə tanınmış yazıçı-publisist, Azərbaycan ədəbiyyatından bir çox tərcümələrin müəllifi Rüstəm İqbal çevirib. Qəzetdə, həmçinin tərcüməçinin Vaqif Sultanlının həyat və yaradıcılığı haqqında yığcam məqaləsi də dərc olunub.

 

Real və metaforik üslubun qovuşuğunda qələmə alınmış «Ölüm yuxusu» povestində təsvir obyekti kimi seçilən qəbiristanlığın köçürülməsi problemi cəmiyyət həyatında baş verən ciddi xaos, çaxnaşma kimi canlandırılır. Əsərdə təsvir edilən hadisələrin xaos kontekstində təqdim olunması obrazların daxili-mənəvi dünyasını bütün yönləri ilə aşkarlamağa imkan verir.

Xatırladaq ki, bu, Vaqif Sultanlının özbək mətbuatında dərc olunan ilk əsəri deyil. Bundan əvvəl yazıçının bir çox hekayələri Daşkənddə çıxan "Darakçı", Səmərqənddə yayımlanan "Bekajon” qəzetlərində dərc olunub. Bundan əlavə, yazıçının hekayələri Daşkənddə nəşr olunan "Ömürdən uzun gecə” adlı Azərbaycan ədəbiyyatı antologiyasına daxil edilib. //Azərtac

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Növbəti “Xarıbülbül” Musiqi Festivalına hazırlıqlar başlayıb
Mədəniyyət 18:07
Növbəti “Xarıbülbül” Musiqi Festivalına hazırlıqlar başlayıb
Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub - Yenilənib
Mədəniyyət 14:26
Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub - Yenilənib
Prezident Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzalayıb
Mədəniyyət 13:36
Prezident Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzalayıb
Raziyyə Şirinova vəfat edib
Mədəniyyət 07:58
Raziyyə Şirinova vəfat edib
İncəsənət təhsilində tədris məzmunu yenilənib – nazir
Mədəniyyət 11:40
İncəsənət təhsilində tədris məzmunu yenilənib – nazir
İTV "Avroviziya-2026"da təmsilçi və mahnı seçimi ilə bağlı müzakirələrə münasibət bildirib
Mədəniyyət 21:30
İTV "Avroviziya-2026"da təmsilçi və mahnı seçimi ilə bağlı müzakirələrə münasibət bildirib
Türkiyədə Pasxa tətili – inanc, tarix və baharın gözəlliyi bir arada -FOTOLAR
Mədəniyyət 12:52
Türkiyədə Pasxa tətili – inanc, tarix və baharın gözəlliyi bir arada -FOTOLAR
Azərbaycanda milli teatrın yaranmasının 153-cü ildönümü qeyd olunur
Mədəniyyət 09:45
Azərbaycanda milli teatrın yaranmasının 153-cü ildönümü qeyd olunur
Ərdoğan: İran böhranı ilə bağlı bütün ehtimalları nəzərdən keçiririk
Mədəniyyət 20:25
Ərdoğan: İran böhranı ilə bağlı bütün ehtimalları nəzərdən keçiririk
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol