• $ 1.7
  • € 2.0045
  • ₽ 0.021798
  • ₺ 0.0397
  • £ 2.2973

Trampın telefon danışığı qalmaqala səbəb oldu

Trampın telefon danışığı qalmaqala səbəb oldu
03.12.2016 17:02
ABŞ-ın yeni seçilən prezidenti Donald Tramp Tayvan administrasiyasının rəhbəri Tsay İnven ilə apardığı telefon danışığından yazıb.

ANN.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Tramp özünün "Tvitter” səhifəsində yazıb.

"Bu gün Tayvan prezidenti xanım İnven zəng edərək qələbə münasibəti ilə məni təbrik etdi. Təşəkkür edirəm!”, - Tramp qeyd edib.

"The New York Times” qəzetinin məlumatına görə, Donald Tramp Tayvan administrasiyasının rəhbəri ilə telefon danışığını Ağ Evlə razılaşdırmayıb.

"Bu, rəsmi Vaşinqtonla Pekin arasında münasibətlərə xələl gətirə bilər”, - qəzetə Obama administrasiyasındakı mənbə bildirib. Qəzet xatırladır ki, 1979-cu ildən etibarən ABŞ-ın fəaliyyətdə olan və yaxud yeni seçilən prezidentləri Tayvan rəhbərləri ilə ünsiyyət qurmayıb.

Buna cavab olaraq Tramp "Tvitter”də yazıb: "Çox maraqlıdır. ABŞ Tayvana milyardlarla dollar məbləğində hərbi texnika satır. Mən isə telefon zəngini qəbul edə bilmərəm”.

CNN telekanalının xəbərinə görə, rəsmi Pekin adıçəkilən telefon danışığı ilə əlaqədar artıq Ağ Evlə əlaqə saxlayıb. 

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Suriya yeni pul vahidini dövriyyəyə buraxır
Dünya 23:58
Suriya yeni pul vahidini dövriyyəyə buraxır
Zelenski Uitkoff və Kuşnerle telefon danışığı aparıb
Dünya 22:43
Zelenski Uitkoff və Kuşnerle telefon danışığı aparıb
Yaponiyada 5,6 maqnitudada zəlzələ baş verib
Dünya 21:51
Yaponiyada 5,6 maqnitudada zəlzələ baş verib
Gürcüstanın keçmiş müdafiə naziri saxlanılıb
Dünya 21:31
Gürcüstanın keçmiş müdafiə naziri saxlanılıb
Rusiya vətəndaşlarını bu ölkəyə səfər etməməyə çağırıb
Dünya 20:10
Rusiya vətəndaşlarını bu ölkəyə səfər etməməyə çağırıb
İsrail Livanda SEPAH-ın yüksək rütbəli komandirini məhv edib
Dünya 19:25
İsrail Livanda SEPAH-ın yüksək rütbəli komandirini məhv edib
Rusiya təyyarəsi təcilieniş edib
Dünya 11:09
Rusiya təyyarəsi təcilieniş edib
Qəzza sazişinin ikinci mərhələsi yanvarda başlayacaq
Dünya 10:36
Qəzza sazişinin ikinci mərhələsi yanvarda başlayacaq
Ərdoğan liviyalı həmkarına başsağlığı verib
Dünya 23:08
Ərdoğan liviyalı həmkarına başsağlığı verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol