• $ 1.7
  • € 2.0045
  • ₽ 0.021798
  • ₺ 0.0397
  • £ 2.2973

Özbəkistan yeni prezidentini seçdi - YENİLƏNİB

Özbəkistan yeni prezidentini seçdi - YENİLƏNİB
05.12.2016 10:54
Özbəkistanda keçirilən prezident seçkilərinin ilkin nəticələri açıqlanıb.

ANN.Az azvision.az-a istinadən xəbər verir ki, Liberal-Demokrat partiyası prezidentliyə namizəd Şövkət Mirzyoyevin seçkilərdə qalib gəldiyini elan edib.

"Bizim qərargaha məlumatlar daxil olur və seçkilərdə qalib gəldiyimizi elan edə bilərik", - deyə partiyanın sədr müavini Dilşod Şoumarov deyib.

----------

08:47

Özbəkistanın Mərkəzi Seçkilər Komitəsi (MSK) bazar ertəsi bazar günü keçirilən prezident seçkilərinin ilkin nəticələrini elan edəcək.
 
ANN.Az Trend-ə istinadən bildirir ki, Özbəkistanın prezidenti vəzifəsinə 4 siyasi partiyanın nümayəndələrinin namizədlikləri irəli sürülüb.

Seçkilərdə seçicilərion ümumi sayından (20 milyon 428,89 min vətəndaş) 17 milyon 941,95 min və ya 87,83 faiz iştirak edib. Yerli vaxtla saat 11:00-dək seçicilərin 33 % artıq səsini vermişdi və bu Özbəkistan qanunvericiliyə əsasən seçkilərin baş tutmuş olması deməkdir. Namizədlər dekabrın 2-dək (sükut gününədək) kifayət qədər fəal təbliğat aparıblar.

MSK-nın məlumatına görə, səsvermə seçki qanunvericiliyinin pozuntusu olmadan keçirilib. Özbəkistanın prezident seçkilərinin monitorinqini həm uzunmüddətli, həm də qısamüddətli əsaslarda, 500 dən artıq xarici ölkələrdən, ATƏT, MDB, ŞƏT, islam Əməkdaşlıq Təşkilatı və Ümumdünya Seçki Orqanları Təşkilatından müşahidəçilər həyata keçirib.

MSK "seçki kampaniyasının aydınlığın və aşkarlığın təmin etmək üçün" 1,3 min yerli və xarici kütləvi informasiya vasitələrinin nümayəndələrini akkreditasiya edib.

Özbəkistanın seçki qanunvericiliyinə görə, səsvermənin nəticələri barədə rəsmi məlumat səsvermə günündən ən geci 10 gün keçdikdən sonra MSK tərəfindən dərc edilməlidir.

Yeni prezidentinin inauqurasiya mərasimi seçkinin rəsmi nəticələri elan olunduqdan sonra iki ay ərzində keçiriləcək. Prezident ardıcıl iki müddət imkanı ilə beş il müddətinə seçilir.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Suriya yeni pul vahidini dövriyyəyə buraxır
Dünya 23:58
Suriya yeni pul vahidini dövriyyəyə buraxır
Zelenski Uitkoff və Kuşnerle telefon danışığı aparıb
Dünya 22:43
Zelenski Uitkoff və Kuşnerle telefon danışığı aparıb
Yaponiyada 5,6 maqnitudada zəlzələ baş verib
Dünya 21:51
Yaponiyada 5,6 maqnitudada zəlzələ baş verib
Gürcüstanın keçmiş müdafiə naziri saxlanılıb
Dünya 21:31
Gürcüstanın keçmiş müdafiə naziri saxlanılıb
Rusiya vətəndaşlarını bu ölkəyə səfər etməməyə çağırıb
Dünya 20:10
Rusiya vətəndaşlarını bu ölkəyə səfər etməməyə çağırıb
İsrail Livanda SEPAH-ın yüksək rütbəli komandirini məhv edib
Dünya 19:25
İsrail Livanda SEPAH-ın yüksək rütbəli komandirini məhv edib
Rusiya təyyarəsi təcilieniş edib
Dünya 11:09
Rusiya təyyarəsi təcilieniş edib
Qəzza sazişinin ikinci mərhələsi yanvarda başlayacaq
Dünya 10:36
Qəzza sazişinin ikinci mərhələsi yanvarda başlayacaq
Ərdoğan liviyalı həmkarına başsağlığı verib
Dünya 23:08
Ərdoğan liviyalı həmkarına başsağlığı verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol