Tramp "İlin adamı" seçildi
"TİME" jurnalı 2016-cı il üzrə "İlin adamı"nın adını açıqlayıb.
ANN.Az nəşrin rəsmi saytına istinadən xəbər verir ki, jurnal bu il "İlin adamı" nominasıyasına ABŞ-ın yeni prezidenti Donald Trampı layiq görüb. Bu münasibətlə jurnalın yeni buraxılışının üz qabığında Trampın şəkli yer alıb.
Qeyd edək ki, namizədlər siyahısında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, 2016-cı il ABŞ-da prezidentliyə namizəd Hillari Klinton və tanınmış müğənni Beyons da olub.
Kamil ƏMİRLİ

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər