• $ 1.7
  • € 2.0045
  • ₽ 0.021798
  • ₺ 0.0397
  • £ 2.2973

Tramp strateji postlar üçün namizədlərini açıqladı

Tramp strateji postlar üçün namizədlərini açıqladı
08.12.2016 11:23
ABŞ-ın yeni seçilən prezidenti Donald Tramp Daxili Təhlükəsizlik Nazirliyinə namizədin adını açıqlayıb.

ANN.Az "Anadolu” agentliyinə istinadən xəbər verir ki, Tramp bu postda təqaüddə olan 66 yaşlı general Con Kellini görmək istədiyini bildirib. 
 


ABŞ mətbuatı D. Trampın Birləşmiş Ştatlar üçün strateji qurum sayılan Ətraf Mühitin Qorunması Agentliyinə namizədinin də adını açıqladığı barədə məlumat yayıb. Bildirilib ki, Tramp bu qurumun rəhbəri postunda Oklohama şəhərinin Baş prokuroru 48 yaşlı Skot Pruiti gətirəcək.
 


Eyni zamanda, Tramp Çinə göndəriləcək yeni səfir postuna da namizədini açıqlayıb. ABŞ mətbuatının məlumatına görə, Tramp bu posta Terri Branstadı namizəd göstərib. Branstadın Çin prezidenti Si Cinpinin yaxın dostu olduğu deyilir. Buna görə də, Cinpin Terri Branstadın səfir olacağı təqdirdə, ona yaxından dəstək olacağını açıqlayıb.
 


Çinin xarici işlər nazirliyinin sözçüsü Lu Kanq qeyd edib ki, Branstad Çin xalqının köhnə dostudur və o, iki ölkə arasında münasibətlərin inkişafında xüsusi rol oynayacaq.

Donald Trampın namizəd göstərdiyi bütün şəxslərin ABŞ Senatı tərəfindən təsdiqlənəcəyi bildirilib.

Qeyd edək ki, Tramp dekabrın 20-də rəsmi olaraq, ABŞ-ın yeni prezidenti elan ediləcək.

Kamil ƏMİRLİ
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Suriya yeni pul vahidini dövriyyəyə buraxır
Dünya 23:58
Suriya yeni pul vahidini dövriyyəyə buraxır
Zelenski Uitkoff və Kuşnerle telefon danışığı aparıb
Dünya 22:43
Zelenski Uitkoff və Kuşnerle telefon danışığı aparıb
Yaponiyada 5,6 maqnitudada zəlzələ baş verib
Dünya 21:51
Yaponiyada 5,6 maqnitudada zəlzələ baş verib
Gürcüstanın keçmiş müdafiə naziri saxlanılıb
Dünya 21:31
Gürcüstanın keçmiş müdafiə naziri saxlanılıb
Rusiya vətəndaşlarını bu ölkəyə səfər etməməyə çağırıb
Dünya 20:10
Rusiya vətəndaşlarını bu ölkəyə səfər etməməyə çağırıb
İsrail Livanda SEPAH-ın yüksək rütbəli komandirini məhv edib
Dünya 19:25
İsrail Livanda SEPAH-ın yüksək rütbəli komandirini məhv edib
Rusiya təyyarəsi təcilieniş edib
Dünya 11:09
Rusiya təyyarəsi təcilieniş edib
Qəzza sazişinin ikinci mərhələsi yanvarda başlayacaq
Dünya 10:36
Qəzza sazişinin ikinci mərhələsi yanvarda başlayacaq
Ərdoğan liviyalı həmkarına başsağlığı verib
Dünya 23:08
Ərdoğan liviyalı həmkarına başsağlığı verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol