Parlament prezidenti vəzifəsindən uzaqlaşdırdı
Cənubi Koreya parlamenti ölkə prezidenti Pak Kın Xeyə dair impiçment prosedurunun keçirilməsinin lehinə səs verib.
Oxu.az bu barədə "Republik”ə istinadən xəbər verir.
Noyabrın sonunda dövlət başçısı istefa verməyə hazır olduğunu demiş, parlamentdən bu məsələni həll etməyi xahiş etmişdi.
Oktyabrın sonunda Cənubi Koreya KİV-nin prezidentin heç bir post tutmayan rəfiqəsi Çxve Sun Silin ölkənin idarə edilməsində onun əvəzinə qərar qəbul etdiyinə dair məlumat yayıldıqdan sonra Pak Kın Xenin istefası müzakirə edilmişdi.
Çxve həmçinin onun nəzarətində olan təşkilata xeyriyyə məqsədilə yığılan pulların keçiriməsində də ittiham edilir.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox