• $ 1.7
  • € 2.0045
  • ₽ 0.021798
  • ₺ 0.0397
  • £ 2.2973

Afrika İttifaqının mənzil qərargahında “ASAN xidmət”in təqdimatı keçirildi

Afrika İttifaqının mənzil qərargahında “ASAN xidmət”in təqdimatı keçirildi
09.12.2016 20:30
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndəsi 2016-cı il 7-8 dekabr tarixində Efiopiyanın paytaxtı Əddis-Əbəbə şəhərində səfərdə olub.

Afrika İttifaqının dəvəti əsasında baş tutmuş səfərin məqsədi Azərbaycanın qabaqcıl "ASAN xidmət” modelini Afrika qitəsi ölkələrinə daha geniş formatda təqdim etmək və dövlət xidmətlərinin göstərilməsi sahəsində Azərbaycanın Afrika İttifaqı ilə əməkdaşlığını genişləndirməkdir. Səfər çərçivəsində Azərbaycan Respublikasının Efiopiya Federativ Demokratik Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri və Afrika İttifaqı yanındakı daimi nümayəndəsi Elman Abdullayevin rəhbərlik etdiyi və tərkibinə Dövlət Agentliyinin nümayəndəsinin də daxil olduğu heyət Afrika İttifaqının mənzil qərargahında "Dövlət xidmətləri və idarəetmə” mövzusunda təşkil edilmiş xüsusi sessiyada iştirak edib. 

Sessiyada Dövlət Agentliyinin nümayəndəsi dövlət idarəçiliyi və dövlət xidmətlərinin göstərilməsi sahəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi səmərəli islahatların tərkib hissəsi kimi yaradılmış "ASAN xidmət”in fəaliyyəti və nailiyyətləri barədə geniş təqdimatla çıxış edib.  Bildirilib ki, fəaliyyətində şəffaflıq, operativlik, əlçatanlıq, məsuliyyətlilik və rahatlıq prinsiplərini rəhbər tutan və vətəndaş məmnuluğuna söykənən "ASAN xidmət” dövlət xidmətlərinin göstərilməsi sahəsində yeni düşüncə və konsepsiyanın əsasını qoymuşdur. Azərbaycanın bu brendi BMT-nin Dövlət Xidmətləri Mükafatının qalibi olaraq dünyada bu sahədə ən qabaqcıl mexanizm kimi tanınır.

Qeyd edilməlidir ki, Azərbaycan Afrika İttifaqının üzvü olmayan yeganə ölkə qismində dövlət xidmətlərinin göstərilməsi sahəsində öz təcrübəsini bölüşmək məqsədi ilə müstəsna olaraq sessiyada iştiraka dəvət edilib. 
 
Təqdimatla yanaşı Afrika İttifaqının mənzil qərargahında "ASAN xidmət”in fəaliyyəti və nailiyyətlərini əks etdirən stend qurulub. Tədbir iştirakçılarının böyük maraq göstərdiyi stendə təşkilatın rəsmiləri, o cümlədən Afrika İttifaqı Komissiyasının sədr müavini cənab Erastus Mvença və Komissiyanın baş katibi xanım Djeneba Diarra baxış keçirib, "ASAN xidmət”in fəaliyyəti ilə tanış olublar.
 
Səfər çərçivəsində, həmçinin Efiopiya Federal Demokratik Respublikasının dövlət qulluğu və insan resurslarının inkişafı üzrə dövlət naziri cənab Adamo Ayane və Xarici İşlər Nazirliyinin Siyasi araşdırmalar və təhlil idarəsinin rəhbəri cənab Mekonen Haddis ilə də görüşlər keçirilib. Görüşlərdə dövlət xidmətlərinin göstərilməsi sahəsində Azərbaycanda həyata keçirilən islahatlar barədə məlumat verilib və bu istiqamətdə Azərbaycan Efiopiya arasında gələcək əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılıb.


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sumqayıtda avtomobil yanıb
Cəmiyyət 23:17
Sumqayıtda avtomobil yanıb
Azərbaycan səfirliyi Peruda aztəminatlı ailələrin uşaqlarına bayram hədiyyələri verib
Cəmiyyət 23:13
Azərbaycan səfirliyi Peruda aztəminatlı ailələrin uşaqlarına bayram hədiyyələri verib
Balakəndə orta məktəb binasında yanğın olub
Cəmiyyət 23:08
Balakəndə orta məktəb binasında yanğın olub
Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib
Cəmiyyət 20:47
Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib
Saleh Səmədovun həbs müddəti uzadılıb
Cəmiyyət 20:20
Saleh Səmədovun həbs müddəti uzadılıb
Qazaxıstan AZAL təyyarəsinin aviaqəzası ilə bağlı istintaqın başa çatma müddəti barədə məlumat yayıb
Cəmiyyət 18:30
Qazaxıstan AZAL təyyarəsinin aviaqəzası ilə bağlı istintaqın başa çatma müddəti barədə məlumat yayıb
Xəzər rayonunda əl qumbarası aşkar edilib - Video
Cəmiyyət 18:17
Xəzər rayonunda əl qumbarası aşkar edilib - Video
Sabah Sabunçu və Xətai rayonlarında qaz olmayacaq
Cəmiyyət 18:05
Sabah Sabunçu və Xətai rayonlarında qaz olmayacaq
Beynəlxalq axtarışa verilmiş şəxs Qazaxıstandan Azərbaycana ekstradisiya olunub
Cəmiyyət 17:34
Beynəlxalq axtarışa verilmiş şəxs Qazaxıstandan Azərbaycana ekstradisiya olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol