Tramp yeni dövlət katibinə namizədini açıqladı
ABŞ-ın 45-ci prezidenti seçilən Donald Tramp yeni dövlət katibi postuna namizədin adını açıqlayıb.
ANN.Az "CNN Türk”ə istinadən xəbər verir ki, Tramp "milyonerlər kabineti”nin yeni dövlət katibi kreslosuna çoxmillətli neft və təbii qaz şirkəti "ExxonMobil”ın Baş direktoru Reks Tillersonu namizəd göstərib. Bu post üçün daha əvvəl ABŞ Nümayəndələr Məclisinin sabiq sədri və Atatürk heyranı Nevt Ginqriçin namizəd olacağı bildirilirdi.
"ExxonMobil” şirkəti Rusiya da daxil olmaqla, 50-dən çox ölkədə fəaliyyət göstərir. Rusiya dövlət başçısı Vladimir Putin Tillersona "Dostluq nişanı” vermişdi.
Kamil ƏMİRLİ
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər