Putin: “Trampla istənilən vaxt görüşməyə hazıram”
Rusiya prezidenti Vladimir Putin istənilən vaxt ABŞ-nın yeni seçilmiş prezidenti Donald Trampla görüşməyə hazır olduğunu deyib.
APA-nın "RİA Novosti”yə istinadən yaydığı məlumata görə, V. Putin hesab edir ki, əvvəlcə Donald Trampın öz administrasiyasını formalaşdırmasını və səlahiyyətlərinin icrasına başlamasını gözləmək lazımdır: "Bizim tərəfdən heç bir problem yoxdur. Amma fikrimcə, hazırda yeni administrasiyanın formalaşdırılmasının çətin mərhələsi gedir. Gərək səbirli olaq və administrasiyanın tam formalaşmasını gözləyək”.
V. Putin D. Trampın Rusiya-ABŞ münasibətlərinin normallaşdırılmasına tərəfdar çıxmasını alqışlayıb və Rusiyanın da bu mövqedə olduğunu söyləyib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər