• $ 1.7
  • € 1.9654
  • ₽ 0.021656
  • ₺ 0.0432
  • £ 2.3075

Elektron ticarət vergiyə cəlb edilir

Elektron ticarət vergiyə cəlb edilir
28.05.2020 22:14
"Azərbaycanda rəqəmsal iqtisadiyyat (elektron ticarət) vergiyə cəlb edilməsi nəzərdə tutulur".
 
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, eləcə də Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında vergilər naziri Fazil Məmmədov deyib.

Nazir əlavə edib ki, bu məqsədlə Vergi Məcəlləsində dəyişikliklə bağlı qanun layihəsi hazırlanıb: "Elektron ticarət haqqında” qanun layihəsi elektron ticarətin əhatə dairəsinin genişləndirilməsini, elektron ticarətin əsas iştirakçılarından olan kart təşkilatının, təcrübədə geniş tətbiq edilən pul kisəsinin anlayışını, habelə elektron ticarətin iştirakçısı olan satıcıya dair tələbləri müəyyən edən normaları özündə ehtiva edir”.
 
F. Məmmədov qeyd edib ki, Vergi Məcəlləsinə də rəqəmsal iqtisadiyyat çərçivəsində aparılan əməliyyatların vergiyə cəlb edilməsinin işlək mexanizmini müəyyən edən müddəaların əlavə edilməsi nəzərdə tutulur.
 
Onun sözlərinə görə, layihəyə elektron ticarət qaydasında işlərin və xidmətlərin təqdim edilməsinə, habelə elektron qaydada təşkil olunan lotereyaların, digər yarışların və müsabiqələrin keçirilməsinə görə ƏDV-nin alıcısının olduğu yerdə vergiyə cəlb edilməsi ilə bağlı müddəa da daxil edilib.
 
"Həmin müddəalara əsasən vergi orqanlarında uçotda olmayan şəxslər tərəfindən ödənişlər aparılarkən yerli bank, xarici bankın Azərbaycandakı filialları və ya poçt rabitəsinin milli operatoru tərəfindən qeyri-rezidentə ödənilməli olan məbləğə ƏDV hesablanmalı, alıcının vəsaiti hesabına tutulmalı və büdcəyə ödənilməlidir. Beləliklə qeyd edilən dəyişikliklə elektron ticarət aparan vergi ödəyicilərinə şəffaf nəzarətin təmin edilməsinə, rezident və qeyri-rezident elektron ticarət iştirakçıları arasında diskriminasiyanın aradan qaldırılmasına nail olunacaq”, - deyə nazir qeyd edib. //APA-Economics

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Kazino oyunlarının keçirilməsi üçün dövlət rüsumu müəyyən olunur
İqtisadiyyat 14:08
Kazino oyunlarının keçirilməsi üçün dövlət rüsumu müəyyən olunur
Qızılın qiyməti bahalaşıb
İqtisadiyyat 13:30
Qızılın qiyməti bahalaşıb
Azərbaycanda elektrik enerjisinin istehsalı artıb
İqtisadiyyat 13:02
Azərbaycanda elektrik enerjisinin istehsalı artıb
Yelo Bank-dan yeni rəqəmsal kart: Yelo Digital Card!
İqtisadiyyat 12:59
Yelo Bank-dan yeni rəqəmsal kart: Yelo Digital Card!
Bir nəfər orta hesabla aylıq nə qədər pul xərcləyir? - Məbləğ
İqtisadiyyat 11:55
Bir nəfər orta hesabla aylıq nə qədər pul xərcləyir? - Məbləğ

Bank Respublika qan donorluğunun inkişafına verdiyi töhfəyə görə mükafatlandırıldı
İqtisadiyyat 11:37
Bank Respublika qan donorluğunun inkişafına verdiyi töhfəyə görə mükafatlandırıldı
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:34
Azərbaycan nefti bahalaşıb
Avro və rubl ucuzlaşıb - Məzənnə
İqtisadiyyat 09:32
Avro və rubl ucuzlaşıb - Məzənnə
Azərbaycanda qeydiyyatda olan işsiz şəxslərin sayı açıqlanıb
İqtisadiyyat 17:48
Azərbaycanda qeydiyyatda olan işsiz şəxslərin sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol