• $ 1.7
  • € 2.0017
  • ₽ 0.020433
  • ₺ 0.0411
  • £ 2.3026

Xəzərdə baş verən qəza ilə bağlı qərargah yaradılıb

Xəzərdə baş verən qəza ilə bağlı qərargah yaradılıb
29.05.2020 12:14
Bu gün N. Nərimanov adına NQÇİ-də baş vermiş hadisə ilə əlaqədar "Azneft" İstehsalat Birliyində (Bakı şəhəri, Neftçilər Prospekti 73) qərargah yaradılıb.
 
ANN.Az xəbər verir ki, bu barədə SOCAR-dan məlumat verilib.
 
Qərargahın əlaqə telefonları:
 
+994 50 841 10 62
+994 50 841 12 09
 
Hadisə ilə əlaqədar 15 dekabr saat 15:00-da qərargahda jurnalistlər üçün açıqlama veriləcək.
 
Qeyd edək ki, bu gün səhər saat 05:00 radələrində Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək "Azneft" İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsini dənizə uçurub. Estakadanın həmin hissəsi özü ilə birlikdə ona bitişik olan meydançanı və üzərindəki yaşayış budkasını da uçurub.
 
Hadisə nəticəsində Neft Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər (ümumilikdə 10 nəfər) əməkdaşı itkin düşüb.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
“INMerge” İnnovasiya Sammiti Qırmızı Ürəklər Fondunu sosial tərəfdaş elan etdi
İqtisadiyyat 14:59
“INMerge” İnnovasiya Sammiti Qırmızı Ürəklər Fondunu sosial tərəfdaş elan etdi
Yaşıl enerjiregional enerji əlaqələrinin genişlənməsində mühüm rol oynayacaq
Siyasət 13:35
Yaşıl enerjiregional enerji əlaqələrinin genişlənməsində mühüm rol oynayacaq
Çin inklüziv qloballaşmaya və inkişafa sadiqdir - Səfir
İqtisadiyyat 12:37
Çin inklüziv qloballaşmaya və inkişafa sadiqdir - Səfir
Nazir Orta Dəhliz tranzit yolunun nəticələrindən danışıb
İqtisadiyyat 12:34
Nazir Orta Dəhliz tranzit yolunun nəticələrindən danışıb
Beynəlxalq İnvestisiya Forumunda bir sıra sənədlər imzalanıb
İqtisadiyyat 12:14
Beynəlxalq İnvestisiya Forumunda bir sıra sənədlər imzalanıb
Azərbaycana kərə yağı idxalı azalıb
İqtisadiyyat 11:23
Azərbaycana kərə yağı idxalı azalıb
Qızılın qiyməti bahalaşıb
İqtisadiyyat 11:07
Qızılın qiyməti bahalaşıb
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:39
Bu günə olan məzənnə açıqlanıb
Özəl sektorun iqtisadiyyatda payı 81,4%-ə çatıb - Prezident
İqtisadiyyat 09:35
Özəl sektorun iqtisadiyyatda payı 81,4%-ə çatıb - Prezident
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol