Tramp daxili işlər nazirinin adını açıqladı
ABŞ-ın 45-ci prezidenti seçilən Donald Tramp hökumət kabinetini formalaşdırmağa davam edir.
ANN.Az "Anadolu” agentliyinə istinadən xəbər verir ki, Tramp daxili işlər naziri vəzifəsinə namizədinin adını açıqlayıb. O, bu vəzifədə Nümayəndələr Palatasından olan Ryan Zinkeni görmək istədiyini bildirib.
Tramp jurnalistlərə açıqlamasında qeyd edib ki, Zinke Nümayəndələr Palatasındakı fəaliyyəti dövründə meşələrin idarəsi, qorunması və ictimai ərazilərin nəzarəti məsələsində mühüm işlər görüb.
Kamil ƏMİRLİ
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər