• $
  • £

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanının inkişafı üç fazada olacaq” - Taleh Ziyadov

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanının inkişafı üç fazada olacaq” - Taleh Ziyadov
16.12.2016 13:35
"Bakı Beynəlxalq Dəniz Ticarət Limanında aparılan bütün tikinti işləri gələn ilin sonunda yekunlaşacaq”.

ANN.Az xəbər verir ki, bunu "Caspian Energy Forum 2017-nin Ələt qəsəbəsində  Azad Ticarət Zonasının yaradılması və gələcəkdə istifadəsi" adlı tədbirdə "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin baş direktoru Taleh Ziyadov deyib.

Baş direktorun sözlərinə görə, yeni Bakı limanı 400 hektarlıq bir ərazini əhatə edir:

"Onun təxminən, 120 hektarını Azad Ticarət Zonası kimi planlamışdıq. Lakin daha sonra hökumətin tövsiyyəsi ilə 400 hekarlıq əraziyə əlavə 400 hektar da (Azad Ticarət Zonası üçün) nəzərdə tutuldu. Ələtdə gələcək üçün yenə təxminən, 2000 hekartlıq ərazi rezerv olunacaq”.

"Bakı Beynəlxalq Dəniz Ticarət Limanının inkişafı üç fazada aparılacaq. Hökumət tərəfindən investisiya qoyulan birinci fazadır. Buranın Bərə Terminalı artıq fəaliyyət göstərir. Önümüzdəki ildə "Ro-ro” tırlar, konteyner, quru yük və böyük xüsusi karqolar üçün nəzərdə tutulmuş terminallarda olacaq. Gələn ilin sonuna qədər bütün tikinti işləri yekunlaşacaq. İkinci və üçüncü faza gələcəkdə konteyner terminalı ola bilər. Bunlar hamısı təbii ki, özəl sektorun investisiyasına açıq layihələrdir. Azad Ticarət Zonası kimi fəaliyyət göstərən digər sahələr vergi və gömrük rüsumlarından azaddırlar. Ümid edirik, bu, qanunvercilikdə də öz əksini tapacaqdır”,- deyə T.Ziyadov əlavə edib.

Orxan Aslanlı


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda SON VƏZİYYƏT: Yollar buz bağlayıb, tıxac var
İqtisadiyyat 11:17
Bakıda SON VƏZİYYƏT: Yollar buz bağlayıb, tıxac var
İşsizlik artacaq - Ekspertdən HƏYƏCAN SİQNALI
İqtisadiyyat 09:56
İşsizlik artacaq - Ekspertdən HƏYƏCAN SİQNALI
Vergi borcuna görə ölkədən çıxışına qadağa qoyulan şəxslər - SİYAHI
İqtisadiyyat 08:34
Vergi borcuna görə ölkədən çıxışına qadağa qoyulan şəxslər - SİYAHI
Nazirlik:
İqtisadiyyat 08:00
Nazirlik: "Dollarla vergi ödəyənlərə güzəşt edilməyəcək" - ÖZƏL
Yeni yaradılan iqtisadi mərkəz islahatları sürətləndirəcəkmi?- Ekspert rəyləri
İqtisadiyyat 07:56
Yeni yaradılan iqtisadi mərkəz islahatları sürətləndirəcəkmi?- Ekspert rəyləri
Neftin qiyməti kəskin enəcəkmi ? - Ekspertlər açıqlayır
İqtisadiyyat 04:21
Neftin qiyməti kəskin enəcəkmi ? - Ekspertlər açıqlayır
“Pegasus” Azərbaycandan uçuşları müvəqqəti dayandırdı
İqtisadiyyat 02:01
“Pegasus” Azərbaycandan uçuşları müvəqqəti dayandırdı
Lisenziyaların ləğv edilməsi devalvasiya ilə əlaqədardır - EKSPERT
İqtisadiyyat 01:11
Lisenziyaların ləğv edilməsi devalvasiya ilə əlaqədardır - EKSPERT
Deputat xarici şirkətlərin Azərbaycandan getmə səbəbini AÇIQLADI
İqtisadiyyat 00:44
Deputat xarici şirkətlərin Azərbaycandan getmə səbəbini AÇIQLADI
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol