Rus hakerlər respublikaçılara da hücum edib - ABŞ mediası
"Rusiyalı hakerlər təkcə Demokrat Partiyasının Milli Komitəsinin yox, Respublikaçılar Partiyası Milli Komitəsinin də kompüter sistemlərinə müdaxilə etməyə cəhd göstərib”.
İKT.lent.az-ın xəbərinə görə, bu barədə ABŞ-ın nüfuzlu "The Wall Street Journal” qəzeti məlumat yayıb.
Qəzet bildirir ki, hər iki halda eyni metod və taktikadan istifadə olunub, lakin hakerlər respublikaçıların müdafiə sistemini "sındıra” bilməyiblər. Bundan başqa, respublikaçıların serverlərinə hücum zamanı aqressivlik və inadkarlıq daha az olub. Belə ki, rusiyalı hakerlər yalnız bir elektron poçt ünvanını hədəfə götürüblər və həmin ünvan respublikaçıların Mili Komitəsini tərk etmiş əməkdaşa məxsus olub.
Qəzetə məlumat verən mənbə bildirib ki, əvvəlcə hər iki partiyadan informasiya toplamaq məqsədilə başlayan hücumlar daha sonra yalnız Hillari Klintonun və digər demokratların yazışmaları üzərində cəmləşib.
Qeyd edək ki, ABŞ prezidenti Barak Obama Rusiyanın haker hücumları ilə bağlı cavab addımları atacaqlarını açıqlayıb. O, cavabın ictimaiyyət üçün həm görünən, həm də görünməz olacağını söyləyib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə bildirib ki, Vaşinqton ya bu söhbətlərə son qoymalı, ya da sübutlar təqdim etməlidir.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər