• $ 1.7
  • € 2.0045
  • ₽ 0.021798
  • ₺ 0.0397
  • £ 2.2973

Ruhani Ermənistana gedir - Sarkisyanla görüşəcək

Ruhani Ermənistana gedir - Sarkisyanla görüşəcək
18.12.2016 19:41
 İran prezidenti Həsən RuhaniErmənistan, Qazaxıstan və Qırğızıstana səfər edir. 
 
APA-nın Tehran bürosunun məlumatına görə, İran Prezident Administrasiyasının mətbuat xidmətinin rəhbəri Pərviz İsmaili deyib ki, H.Ruhani region və qonşu ölkələrlə əlaqələrin dərinləşməsi və gücləndirilməsi məqsədi ilə dekabrın 21-də Ermənistana səfər edəcək. 

 
P.İsmaili deyib ki, bir günlük səfər zamanı  H.Ruhani ermənistanlı həmkarı ilə görüşəcək və ikitərəfli əlaqələrin inkişafına dair danışıqlar aparacaq. Eləcədə səfər çərçivəsində iki ölkə arasında  bir neçə əməkdaşlıq sənədi imzalanacaq. İki ölkənin iş adamlarının  iştirakı ilə biznes forum keçiriləcək.
 
P.İsmaili bildirib ki, H.Ruhani Ermənistandan sonra Qazaxıstana səfər edəcək. Qazaxıstanda da bir günlük səfər çərçivəsində iki ölkənin prezidentləri görüşəcək və bir neçə əməkdaşlıq sənədi imzalanacaq. Iki ölkə prezidentlərinin birgə mətbuat konfransı keçiriləcək. Dekabrın 22-də axşam isə H.Ruhani Qazaxıstandan Qırğızıstana səfər edəcək. Qırğızıstan və İran iqtisadi fəallarının iştirakı ilə birgə forum keçiriləcək, iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq üçün bir neçə sənəd imzalanacaq.
 
Səfərdə prezident H.Ruhanini bir neçə nazir və İranın özəl sektorunda çalışan şirkət rəhbərləri müşayiət edəcək.
 
H.Ruhaninin  region ölkələrinə səfəri  dekabrın 23-də başa çatacaq.


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Suriya yeni pul vahidini dövriyyəyə buraxır
Dünya 23:58
Suriya yeni pul vahidini dövriyyəyə buraxır
Zelenski Uitkoff və Kuşnerle telefon danışığı aparıb
Dünya 22:43
Zelenski Uitkoff və Kuşnerle telefon danışığı aparıb
Yaponiyada 5,6 maqnitudada zəlzələ baş verib
Dünya 21:51
Yaponiyada 5,6 maqnitudada zəlzələ baş verib
Gürcüstanın keçmiş müdafiə naziri saxlanılıb
Dünya 21:31
Gürcüstanın keçmiş müdafiə naziri saxlanılıb
Rusiya vətəndaşlarını bu ölkəyə səfər etməməyə çağırıb
Dünya 20:10
Rusiya vətəndaşlarını bu ölkəyə səfər etməməyə çağırıb
İsrail Livanda SEPAH-ın yüksək rütbəli komandirini məhv edib
Dünya 19:25
İsrail Livanda SEPAH-ın yüksək rütbəli komandirini məhv edib
Rusiya təyyarəsi təcilieniş edib
Dünya 11:09
Rusiya təyyarəsi təcilieniş edib
Qəzza sazişinin ikinci mərhələsi yanvarda başlayacaq
Dünya 10:36
Qəzza sazişinin ikinci mərhələsi yanvarda başlayacaq
Ərdoğan liviyalı həmkarına başsağlığı verib
Dünya 23:08
Ərdoğan liviyalı həmkarına başsağlığı verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol