Putinin illik mətbuat konfransının vaxtı dəyişdi
Rusiya prezidenti Vladimir Putinin ənənəvi illik mətbuat konfransının vaxtı dəyişib.
APA-nın Rusiya bürosunun verdiyi məlumata görə, prezidentin mətbuat katibi Dmitri Peskov bildirib ki, konfrans dekabrın 23-də keçiriləcək.
Mətbuat konfransının vaxtının dəyişməsinə səbəb Rusiya prezidentinin Ankarada qətlə yetirilmiş Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovla vida mərasimidnə iştirak etməsidir.
Qeyd edək ki, mətbuat konfransının dekabrın 22-də keçirilməsi planlaşdırılırdı.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox