• $ 1.7
  • € 2.0045
  • ₽ 0.021798
  • ₺ 0.0397
  • £ 2.2973

Təhsil müəssisələrinə tələbə qəbulu planı ləğv edildi - FƏRMAN

Təhsil müəssisələrinə tələbə qəbulu planı ləğv edildi - FƏRMAN
22.12.2016 09:46
Azərbaycanda ali, orta ixtisas və peşə-ixtisas təhsili müəssisələrinə qəbulla bağlı yeni qaydalar hazırlanacaq.

Ali, orta ixtisas və peşə-ixtisas təhsili müəssisələrinə tələbə qəbulu planı olmayacaq.
 
APA-nın məlumatına görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin "Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” 21 dekabr 2016-cı il tarixli fərmanında əksini tapıb.
 
İndiyə qədər "Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanına əsasən ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu planının müəyyənləşdirilməsi üzrə vəzifəni Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiya, ilk peşə-ixtisas təhsili müəssisələrinə tələbə qəbulu planını Nazirlər Kabineti müəyyənləşdirib.  Azərbaycan prezidentinin 21 dekabr 2016-cı il tarixli fərmanına əsasən  Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiyanın və Nazirlər Kabinetinin bu sahədə səlahiyyətləri ləğv edilib.
 
Digər dəyişiklik ləğv edilmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının səlahiyyətinə daxil olan ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu, ali təhsil müəssisələrinin magistraturalarına bakalavrların və digər ali təhsilli şəxslərin qəbulu qaydaları ilə bağlıdır. Qəbul qaydalarının müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətlər hazırda TQDK-nın funksiyasını yerinə yetirən Dövlət İmtahan Mərkəzinə deyil, Nazirlər Kabinetinə verilib. Nazirlər Kabinetinə bir ay ərzində ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu, ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu zamanı abituriyentlərin əvvəlki təhsil pilləsində əldə etdikləri nailiyyətlərin nəzərə alınması və ali təhsil müəssisələrinin magistraturalarına bakalavrların və digər ali təhsilli şəxslərin qəbulu qaydalarını bir ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək tapşırılıb.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Azərbaycanda poliklinikaların sayı artırılır
Cəmiyyət 12:16
Azərbaycanda poliklinikaların sayı artırılır
Sabahdan 8 rayonda analoq televiziya yayımı dayandırılacaq
Cəmiyyət 11:09
Sabahdan 8 rayonda analoq televiziya yayımı dayandırılacaq
Azərbaycan suriyalı qaçqınları qəbul edəcəkmi? - AÇIQLAMALAR
Cəmiyyət 11:05
Azərbaycan suriyalı qaçqınları qəbul edəcəkmi? - AÇIQLAMALAR
Cəmiyyət 10:24
"Pensiya yaşının artırılması gərginliyə səbəb olacaq" - SOSİOLOQ
Küçə hasarlarından dini şüarlar silinir, evlərə sayğaclar quraşdırılır - Nardarandan FOTOLAR
Cəmiyyət 10:04
Küçə hasarlarından dini şüarlar silinir, evlərə sayğaclar quraşdırılır - Nardarandan FOTOLAR
Dəyanət Rzayevin ölüm səbəbi dəqiqləşdi
Cəmiyyət 09:42
Dəyanət Rzayevin ölüm səbəbi dəqiqləşdi
Məhkəmələr
Cəmiyyət 08:34
Məhkəmələr "elektron sistem" qərarını niyə icra etmir?
Azərbaycan prezidenti əfv sərəncamı imzaladı - TAM SİYAHI
Cəmiyyət 04:58
Azərbaycan prezidenti əfv sərəncamı imzaladı - TAM SİYAHI
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol