Bakıda türk musiqisi konserti keçiriləcək
Bakıda "Anadolu rəngləri" adlı türk musiqisi konserti keçiriləcək.
"Report" xəbər verir ki, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi və Yunus Əmrə İnstitutu tərəfindən təşkil edilən konsert dekabrın 23-də Heydər Əliyev Sarayında keçiriləcək.
Konsertdə Türkiyənin milli musiqisi və rəqsləri, tarixi himnləri, "Mehter" hərbi marşı və s. ifa olunacaq.
www.ann.az