Tramp müsəlmanlarla bağlı məsələ ilə bağlı - "Haqlıyam"
ABŞ-ın yeni seçilən prezidenti Donald Tramp müsəlmanların ölkəyə girişinin bir müddətlik qadağan edilməsi və onların ölkəyə giriş edərkən qeydiyyata alınılması məsələləri ilə bağlı fikirlərini bildirib.
ANN.Az "Milliyet” qəzetinə istinadən xəbər verir ki, konfransda jurnalistlərdən biri Türkiyə və Almanyadakı terror hadisələrini yada salaraq, əvvəllər Trampın səsləndirdiyi fikirlərin yeniden gözdən keçirib-keçirməyəcəyi ilə bağlı sual verib.
Tramp cavabında bildirib ki, bu haqqda olan fikirlərimi hər kəs bilir:
"Bu məsələdə haqlı olduğum da hamıya məlum oldu. Bunu birdəfəlik qadağa kimi yox, sadəcə təhlükəsizliyin tam təmin olunması kimi yanaşsaq, daha doğru olar”.
Ötən il Lova şəhərində keçirilən tədbirdə çıxış edən Tramp müsəlmanların ölkəyə giriş edərkən qeydiyyata alınması məsələsini gündəmə gətirmişdi.
Bununla yanaşı, Tramp Almanyanın paytaxtı Berlində baş verən terror hadisəsini "xristianlara qarşı aksiya” adlandırmışdı.
Şəbnəm Cavadzadə
Son xəbərlər
Daha çox