• $ 1.7
  • € 2.0045
  • ₽ 0.021798
  • ₺ 0.0397
  • £ 2.2973

Təbii qaz və elektrik enerjisinə görə güzəştli limitlər artırıldı

Təbii qaz və elektrik enerjisinə görə güzəştli limitlər artırıldı
22.12.2016 18:32
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə ölkədə təbii qaz və elektrik enerjisindən istifadəyə görə güzəştli limitlər artırılıb.
 
Trend-in məlumatına görə, bu barədə bu gün keçirilən brifinqdə iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Nazir bildirib ki, əhali üzrə aylıq elektrik enerjisi istehlakı 300 kilovat-saatadək olan istehlakçılar üçün dəyişdirilməyərək mövcud 7 qəpik səviyyəsində saxlanılıb, aylıq istehlak həcminin 300 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşdirilib.

Eləcə də təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1700 kubmetrədək olan istehlakçılar üçün dəyişdirilməyərək bir kubmetr üçün mövcud 10 qəpik səviyyəsində saxlanılıb, illik istehlak həcminin 1700 kubmetrdən çox olan hissəsi üçün isə 20 qəpik müəyyənləşdirilib.

Qeyd edək ki, noyabrın 28-də Tarif (qiymət) Şurasının qərarı ilə elektrik enerjisinin bir kilovat-saat üçün topdansatış tarifi 5,7 qəpik təsdiq edilmiş, pərakəndə satış tarifi isə sosial siyasətə uyğun olaraq, əhali üzrə aylıq elektrik enerjisi istehlakı 250 kilovat-saatadək olan istehlakçılar üçün dəyişdirilməyərək mövcud 7 qəpik səviyyəsində saxlanılmış, aylıq istehlak həcminin 250 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşdirilmişdi.

Eləcə də təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1500 kubmetrədək olan istehlakçılar üçün dəyişdirilməyərək bir kubmetr üçün mövcud 10 qəpik səviyyəsində saxlanılmış, illik istehlak həcminin 1500 kubmetrdən çox olan hissəsi üçün isə 20 qəpik müəyyənləşdirilmişdi.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda yeni zavod tikiləcək
İqtisadiyyat 09:39
Azərbaycanda yeni zavod tikiləcək
İqtisadiyyat 07:17
"Forbes" Azərbaycan haqqında süjet hazırladı - VİDEO
Prezident gəlirlərlə bağlı tapşırıq verdi
İqtisadiyyat 01:13
Prezident gəlirlərlə bağlı tapşırıq verdi
Mərkəzi Bank depozit hərracı keçirdi - 39,5 mln. manat
İqtisadiyyat 00:02
Mərkəzi Bank depozit hərracı keçirdi - 39,5 mln. manat
Çörək bahalaşacaq? – ZAVODDAN AÇIQLAMA
İqtisadiyyat 22:53
Çörək bahalaşacaq? – ZAVODDAN AÇIQLAMA
İlin sonunda manatı nə gözləyir? - AÇIQLAMA
İqtisadiyyat 22:48
İlin sonunda manatı nə gözləyir? - AÇIQLAMA
İlham Əliyev
İqtisadiyyat 22:01
İlham Əliyev "vergi amnistiyası" qanununu təsdiqlədi
Azərbaycanda benzin yenə bahalaşdı – QİYMƏT
İqtisadiyyat 09:30
Azərbaycanda benzin yenə bahalaşdı – QİYMƏT
Azərbaycanda “Hostel” tipli yerləşdirmə vasitələri yaradılacaq
İqtisadiyyat 19:48
Azərbaycanda “Hostel” tipli yerləşdirmə vasitələri yaradılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol