• $ 1.7
  • € 2.0045
  • ₽ 0.021798
  • ₺ 0.0397
  • £ 2.2973

İlham Əliyev aviasiya təhlükəsizliyi ilə bağlı fərman imzaladı

İlham Əliyev aviasiya təhlükəsizliyi ilə bağlı fərman imzaladı
22.12.2016 19:32
Azərbaycan prezidenti İlham Əliyev "Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Aviasiya Təhlükəsizliyi üzrə Respublika İdarələrarası Komissiya haqqında Əsasnamə”nin və "Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Aviasiya Təhlükəsizliyi üzrə Respublika İdarələrarası Komissiyanın tərkibi”nin təsdiq edilməsi barədə fərman imzalayıb.

ANN.Az-ın APA-ya istinadən məlumatına görə, mülki aviasiyanın hava gəmilərinin zəbt edilməsi və qaçırılması cəhdlərinin qarşısının alınması üzrə fəaliyyətə operativ rəhbərliyi həyata keçirmək üçün "Təbil planı”na əsasən Komissiya yanında Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti rəisinin sədrliyi və Azərbaycan Respublikası daxili işlər nazirinin, Azərbaycan Respublikası müdafiə nazirinin, Azərbaycan Respublikası nəqliyyat nazirinin, Azərbaycan Respublikası səhiyyə nazirinin, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidməti rəisinin müavinlərinin və Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyası direktorunun iştirakı ilə İdarələrarası Əməliyyat Qərargahı yaradılacaq.

Nazirlər Kabineti yanında Aviasiya Təhlükəsizliyi üzrə Respublika İdarələrarası Komissiyasının sədri baş nazirin müvafiq sahəyə cavabdeh olan müavini olacaq. Komissiya üzvləri isə daxili işlər naziri, fövqəladə hallar naziri, xarici işlər naziri, müdafiə naziri, nəqliyyat naziri, rabitə və yüksək texnologiyalar naziri, səhiyyə naziri, Dövlət Gömrük Komitəsinin sədri, Dövlət Sərhəd Xidmətinin rəisi, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Xarici Kəşfiyyat Xidmətinin rəisi, Dövlət Mülki Aviasiya Administrasiyasının direktoru və "Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti olacaq.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
DTX Bakıda xüsusi əməliyyat keçirib
Siyasət 11:46
DTX Bakıda xüsusi əməliyyat keçirib
Silahlı Qüvvələrdə “NATO Günləri” davam edir – FOTOLAR
Siyasət 11:19
Silahlı Qüvvələrdə “NATO Günləri” davam edir – FOTOLAR
“Sahibkarlar Günü” təsis edildi - SƏRƏNCAM
Siyasət 11:17
“Sahibkarlar Günü” təsis edildi - SƏRƏNCAM
Nazir: Azərbaycan Minsk qrupunun fəaliyyətindən narazıdır
Siyasət 10:56
Nazir: Azərbaycan Minsk qrupunun fəaliyyətindən narazıdır
Ərdoğan Bakıya gəlir
Siyasət 10:34
Ərdoğan Bakıya gəlir
Prezident Administrasiyası: Yaxın vaxtlarda əfv gözlənilmir
Siyasət 10:28
Prezident Administrasiyası: Yaxın vaxtlarda əfv gözlənilmir
Asim Mollazadə İsrail XİN-in nümayəndə heyətini qəbul edib
Siyasət 10:28
Asim Mollazadə İsrail XİN-in nümayəndə heyətini qəbul edib
Siyasət 09:56
"Biz çalışırıq ki, dünyada münaqişə episentrləri olmasın, sülh olsun"
Siyasət 09:52
"Rusiya-Türkiyə gərginliyin prezidentlərin görüşünə təsir edəcək"
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol