• $ 1.7
  • € 1.978
  • ₽ 0.021091
  • ₺ 0.0416
  • £ 2.2908

Külli miqdarda qızılın ölkədən çıxarılmasının qarşısı alındı

Külli miqdarda qızılın ölkədən çıxarılmasının qarşısı alındı
23.12.2016 20:50
Külli miqdarda qızıl-zinət əşyalarının ölkədən qanunsuz çıxarılmasına cəhdin qarşısı alınıb.
 
Bu barədə ANN.Az-a Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
 
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda qızıl-zinət əşyalarının ölkədən qanunsuz çıxarılmasına cəhdin qarşısını alıblar. Bakı-İstanbul aviareysi ilə getmək üçün Heydər Əliyev Beynəlxalq Aeroportuna gələn Tacikistan vətəndaşı Boltaeva Matluba Umarovna bəyan etməli olduğu malları əvvəlcədən gömrük orqanına bəyan etməyib.
 
Ona məxsus olan qara rəngli kiçik həcmli çamadana rentgen aparatı vasitəsi ilə baxış keçirilərkən monitorda külli miqdarda olan qızıl-zinət əşyalarının təsvirləri görülüb. M.U.Boltaeva gömrük əməkdaşı tərəfindən saxlanılmış və yoxlama otağına dəvət olunub. Şəxsi yoxlama zamanı M.U.Boltaevanın üzərindən 1 ədəd qadın qol saatı, 1 ədəd qolbaq, 1 cüt sırğa, 1 ədəd üzük, 1 ədəd kolye-sırğa cütü dəsti, əl çantasından isə 2 ədəd kulon aşkar edilib. Əl baqajının yoxlanılması zamanı isə 5 ədəd üzük-sırğa cütü dəsti, 2 ədəd kulon-üzük-sırğa cütü dəsti, 5 ədəd üzük, 3 ədəd qolbaq, 1 ədəd boyunbağı, 1 ədəd kulon, 1 ədəd qadın qol saatı və 5 ədəd qadın qol saatının qolbaqları aşkar edilib. Aşkar olunan zərgərlik məmulatları hal şahidlərinin iştirakı ilə protokol əsasında götürülüb.
 
Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, tədqiqata təqdim edilmiş zərgərlik məmulatlarının ümumi çəkisi 470.25 qramdır.
 
Faktla bağlı araşdırma aparılır.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Nazirdən yeni tədris ili ilə bağlı- Əmr
Cəmiyyət 11:27
Nazirdən yeni tədris ili ilə bağlı- Əmr
Abşeronda boya zavodunda yanğın
Cəmiyyət 11:11
Abşeronda boya zavodunda yanğın
Elektron Təhlükəsizlik Xidmətinin rəis müavini vəzifəsindən azad edilib
Cəmiyyət 10:50
Elektron Təhlükəsizlik Xidmətinin rəis müavini vəzifəsindən azad edilib
Kəlbəcərdə yaşayış kompleksində476 mənzilin inşası planlaşdırılıb
Cəmiyyət 10:39
Kəlbəcərdə yaşayış kompleksində476 mənzilin inşası planlaşdırılıb
Laçına indiyədək köçürülən şəxslərin sayı açıqlanıb
Cəmiyyət 10:31
Laçına indiyədək köçürülən şəxslərin sayı açıqlanıb
Ağdamın Xıdırlı kəndinə 68 ailə köçürülüb
Cəmiyyət 10:06
Ağdamın Xıdırlı kəndinə 68 ailə köçürülüb

Yol polisi piyadalara çağırış edib
Cəmiyyət 09:55
Yol polisi piyadalara çağırış edib


İlin altı ayında 28 nəfər professor adı qazanıb
Cəmiyyət 09:34
İlin altı ayında 28 nəfər professor adı qazanıb
Ağcabədidə yanacaqdoldurma məntəqəsində yanğın baş verib,yaralılar var
Cəmiyyət 22:55
Ağcabədidə yanacaqdoldurma məntəqəsində yanğın baş verib,yaralılar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol