Elxan Şahinoğlu: Aprel savaşına bənzər hadisələr yenidən baş verə bilər
"Prezidentlərin bu il keçirilən görüşü zamanı Azərbaycanın ərazi bütövlüyünün tanınması bir daha açıq şəkildə elan edildi. Hamburq görüşündə də maraqlı ifadələr səsləndirilib”.
Bu barədə politoloq Fikrət Sadıqov "2016-ci il Azərbaycan xarici siyasətinin yekunları"na həsr olunmuş tədbirdə ANN.Az əməkdaşının "2016-ci ildə Qarabağ problemi niyə həll edilmədi? sualını cavablandırarkən deyib.
Politoloq bildirib ki, Azərbaycanın ərazi bütövlüyü danılmazdır və Ermənistan işğal etdiyi torpaqları azad etməlidir: "Hamburq görüşündə Qarabağda yaşayan ermənilərin hüquqlarının müdafiəsi və təhlükəsizliklərinin təmin edilməsi də qeyd edilib. Azərbaycanın ərazi bütövlüyünü tanısalar da, ortada dini məqamlar da var. Azərbaycanın güclənməsi də göz qabağındadır. Bunu isə böyük güclər istəmir. Belə desək, onlar Azərbaycanı zəif dövlət kimi görmək istəyirlər”.
"Ermənilər əksər ölkələrdə diasporlarını güclü şəkildə inkişaf etdirirblər. Məsələn, əksər böyük media qurumlarının, televiziyaların, agentliklərin və digər mətbu orqanların baş redaktorları erməni əsillidir”, - deyə Fikrət Sadıqov əlavə edib.
Sualı şərh edən "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu aprel hadisələrindən sonra cəbhədə düşməni təzyiq altında saxlamalı olduğumuzu deyib:
"Dövlət başçısı müsahibələrinin birində, imitasiya xətrinə Ermənistan prezidenti ilə görüşlərdə iştirak etməyəcəyini demişdi. Düzdü, bundan sonra görüşlər oldu, ancaq nəticə olmadı. İlham Əliyev sonuncu dəfə Ağdam rayonuna səfər zamanı belə bir ifadə işlətdi ki, biz təzyiqi artıracağıq. Təzyiqi artırmaq dedikdə, o nəzərdə tutulmamalıdır ki, müharibə olacaq, yox. Ancaq cəbhədə təzyiq mütləq olmalıdır. Həmsədrlər və böyük dövlətlər çox vaxt bizdən tələb edirlər, (guya, Sankt Peterburqda bu razılaşdırılıb) ATƏT-in Monitorinq xidməti artırılmalıdır (nümayəndələrinin sayı) ki, cəbhə bölgəsində nəzarət gücləndirilsin. Ancaq, biz bununla razılaşa bilmərik. Səbəbi isə onların dediklərindən belə çıxır ki, Ermənistan nə qədər ərazi işğal edibsə, qalsın, indi orada biz monitorinq aparmalıyıq, siz atəşkəsi pozmayasınız. O monitorinqin aparılmasını başa düşərəm ki, Dağlıq Qarabağ rayonlarını əhatə etsin. Ancaq Dağlıq Qarabağ ətrafında da rayonlar var axı. Bizim haqqımız çatır, torpaqlarımızı işğaldan azad edək. Bunların sözündən isə belə çıxır ki, siz həmin ərazilərə toxunmayın. Əlbəttə biz bununla razılaşmadıq. Buna görə də danışıqlarda heç bir irəliləyiş yoxdur”.
"İndiki şəraitdə müharibə etmək çox çətindir. Aylarla müharibə etmək şansımızı (aprel döyüşündəki irəliləyişi dondurmaqla) itirdik. Aprel döyüşünün 4 gündən çox sürməsinə heç imkan vermədilər. İndiki dövrdə vəziyyətdə dəyişilib. 25 il əvvəlki dövlətlər artıq yoxdu. Qarabağ müharibəsində ancaq "Kalaşnikov" silahından istifadə edilirdisə, indi müasir silahlar, dronlar var. Azərbaycan hərbi büdcəsini hər il artırır. İsraildən silah alırıq, əməkdaşlığımızı daha da artırmışıq. Qərb ölkləri Qarabağa görə bizə silah satışına embarqo qoyub. Buna görə də biz silahları Pakistandan, İsraildən, Türkiyədən, Ukraynadan, Rusiyadan, Cənubi Afrika Respublikasından ala bilərik. Biz silahlanmaya pul ayrıdığımız kimi Rusiyada Ermənistanı silah - sursat, texnika ilə təmin edir. Onlara İsgəndər raketi satır. Biz də bu raketə qarşılıq olaraq İsraildən dronları alırıq. Növbəti ildə danışıqlarda irəliləyişin olmasına inanmıram. Böyük dövlətlər Ermənistana təzyiq etməyəcək. Buna görə də Azərbaycan bütün istiqamətdə təzyiqi artırmalıdır. Bu da zaman - zaman hər iki tərəfdən hərbi toqquşmalara gətirib çıxaracaq. Düşünürəm ki, aprel savaşına bənzər hadisələr yenidən baş verə bilər”, - deyə E.Şahinoğlu əlavə edib.
Orxan Aslanlı
Oxşar xəbərlər
Oxşar xəbərlər