Putin İlham Əliyevi təbrik etdi
Rusiya prezidenti Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyevi 55 illik yubileyi münasibəti ilə təbrik edib, təbrik Kremlin saytında yerləşdirlib.
Oxu.Az gazeta.ru-ya istinadən xəbər verir ki, təbrikdə Putin iki ölkənin konstruktiv və məhsuldar əməkdaşlığının davam edəcəyinə əminlik bildirib.
"55 illik yubileyiniz münasibəti ilə səmimi təbriklərimi qəbul edin. Münasibətlərimizdə mövcud olan etimad və qarşılıqlı anlayışı yüksək qiymətləndirirəm. Sizinlə konstruktiv əlaqələrə və müştərək məhsuldar işin davamına ümid edirəm”, - təbrikdə deyilir.
Putin Əliyevin Rusiyada etibarlı dost və Rusiya-Azərbaycan strateji tərəfdaşlığın, eləcə də müxtəlif sahələrdə qarşılıqlı sərfəli əməkdaşlığın möhkəmləndirilməsinin prinsipial tərəfdarı kimi tanındığını da qeyd edib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər