• $ 1.7
  • € 2.0045
  • ₽ 0.021798
  • ₺ 0.0397
  • £ 2.2973

Əhəd Canəhmədovun “Həqiqətin fəlsəfəsi” kitabının təqdimatı oldu - Fotolar

Əhəd Canəhmədovun “Həqiqətin fəlsəfəsi” kitabının təqdimatı oldu - Fotolar
24.12.2016 21:32
Azərbaycan Milli Kitabxanasında akademik Əhəd Canəhmədovun "Həqiqətin fəlsəfəsi” kitabının təqdimatı keçirilib.
 
Zaman, Məkan, Kainat və Yaranış haqqında elmi-fəlsəfi düşüncələr toplusu olan "Həqiqətin fəlsəfəsi”  kitabı "Apostroff» nəşriyyatında çap olunub. Traktat janrında yazılan bu əsər Azərbaycan fəlsəfə tarixində ilk yeni bir səhifədir və müəllifin Kainat, Zaman, Məkan və Yaranış haqqında mühəndislik fəlsəfəsi baxımından düşüncələrinin və araşdırmalarının məhsuludur. Elmi, eyni zamanda çox sadə, anlaşılan bir formada qələmə alınan əsərdə insan və onun mövcudluğu, ölüm və ölümsüzlük, ruh, kosmosla əlaqə və s. bu qəbildən olan bəşəri mövzulara fərqli rakurslardan nəzər salınır, bir sıra yeni elmi-fəlsəfi qənaətlər təqdim olunur. Əsər boyu elmi-fəlsəvi sübutlarla  hər şeyin əsasında Fövqəlmühəndisin (Yaradanın) dayandığı izah edilir. Naşiri Akif Dənzizadə olan "Həqiqətin fəlsəfəsi” əsərinin redaktoru və ön sözün müəllifi Əməkdar jurnalist Zakir Abbasdır. Rəyçi yazıçı-dramaturq, AYB-nin üzvü, Prezident mükafatçısı Samir Sədaqətoğludur. Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub. 

Tədbiri giriş sözü ilə Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov açaraq kitabın müəllifi haqqında qısa məlumat verib. 

Tribologiya və tribotexnika sahəsində dünyada tanınmış alim və mütəxəssis olan akademik Canəhmədov Əhəd Xanəhməd oğlu texnika elmləri doktoru, professor, bir sıra xarici ölkə akademiyalarının akademiki, Azərbaycan Milli Aviasiya Akademiyasının "Nəqliyyat mexanikası” kafedrasının müdiri, Azərbaycan Mühəndislik Akademiyasının vitse-prezidenti, «Science and Applied Engineering Quarterly» (İngiltərə) jurnalının Baş redaktorudur.

Elmi fəaliyyətinin əsas istiqamətləri tribologiyada Sinergetika və fraktallar, materialların dağılma mexanikası, friksion qarşılıqlı təsirin mezomexanikasıdır.

Ə.X. Canəhmədov 8 monoqrafiya, 3 elmi kəşf  və 350-dən artıq elmi məqalə və patentin müəllifi və həmmüəllifidir. Azərbaycan və xarici ölkələrdə 20-dən artıq elmlər doktoru və elmlər namizədi hazırlayıb. 15-dən çox orden və medallarla təltif olunub.

Sonra kitabın redaktoru və ön sözün müəllifi Zakir Abbas əsər haqqında qısaca məlumat verib. 

Akademik Natiq Cavadov, professor Sakit Rəsulov, professor Telman Salavatov, millət vəkili Vüsal Hüseyov, professor Aydın Qafarov, professor Ələkbər Hüseyov, jurnalist Samiə Hidayətqızı, professor Mehma Həsəov və başqaları çıxış edərək akademik Əhəd Canəhmədovun çoxşaxəli yaradıcılığından bəhs etdilər, "Həqiqətin fəlsəfəsi” əsərinin Azərbaycan fəlsəfə tarixinə, ümumilikdə Azərbaycan elminə böyük və dəyərli bir töhfə olduğunu bildirdilər.

Sonda kitabın müəllifi akademik Əhəd Canəhmədov tədbir iştirakçılarına təşəkkür etdi: "Bu gün bu tədbirdə iştirak etdiyinizə görə hər birinizə təşəkkür edirəm. Uzun illər ərzində topladığım təcrübə əsasında qələmə aldığım "Həqiqətin fəlsəfəsi”ni nəhayət ki,kitab şəklində nəşr edərək oxuculara, ictimaiyyətə təqdim edə bildiyim üçün özümü çox xoşbəxt hiss edirəm”.


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda keçirdiyi antiterror tədbirlərindən bir il ötür
Cəmiyyət 12:51
Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda keçirdiyi antiterror tədbirlərindən bir il ötür
Ekologiya Nazirliyi palçıq vulkanlarına infotur təşkil edib -  FOTOLAR
Cəmiyyət 17:37
Ekologiya Nazirliyi palçıq vulkanlarına infotur təşkil edib - FOTOLAR
Beynəlxalq Yoqa günü Şabranda qeyd olunub - FOTOLAR
Cəmiyyət 15:10
Beynəlxalq Yoqa günü Şabranda qeyd olunub - FOTOLAR
Bu günə kimi işğaldan azad olunan ərazilərə neçə nəfər səfər edib?
Cəmiyyət 10:42
Bu günə kimi işğaldan azad olunan ərazilərə neçə nəfər səfər edib?
Sumqayıtda itlər kütləvi şəkildə zəhərlənib? - Fotolar
Cəmiyyət 16:26
Sumqayıtda itlər kütləvi şəkildə zəhərlənib? - Fotolar
Dəmir qanadlı qəhrəmanlara vəfa borcu - FOTOLAR
Cəmiyyət 13:25
Dəmir qanadlı qəhrəmanlara vəfa borcu - FOTOLAR
Yasamal rayonunda əmək yarmarkası açılıb - FOTOLAR
Cəmiyyət 17:34
Yasamal rayonunda əmək yarmarkası açılıb - FOTOLAR
Türkiyədə azərbaycanlı qadını əri güllələdi - FOTO
Cəmiyyət 22:30
Türkiyədə azərbaycanlı qadını əri güllələdi - FOTO
Yasamal rayonunda Gənclər Günü qeyd edilib - FOTOLAR
Cəmiyyət 18:35
Yasamal rayonunda Gənclər Günü qeyd edilib - FOTOLAR
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol