• $
  • £

Xalq artisti Səfurə İbrahimovanın doğum günüdür

Xalq artisti Səfurə İbrahimovanın doğum günüdür
27.12.2016 13:20
Bu gün Azərbaycanın Xalq artisti, kino və teatr aktrisası Səfurə İbrahimovanın 78 yaşı tamam olur.

O, 1938-ci il dekabr ayının 27-də Bakıda doğulub. Orta məktəbi bitirdikdən sonra dram dərnəyində çalışıb. 1960-cı ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub.
 
Birinci kursda onu Akademik Milli Dram Teatrının repertuarında olan İslam Səfərlinin "Ana ürəyi” dramının tamaşasında Xatirə roluna dəvət ediblər. Bundan sonra daha bir neçə rol oynayan tələbə-aktrisa 1961-ci il noyabr ayının 1-də Akademik Teatrın truppasına daxil olub. 



Səfurə İbrahimova səhnədə Kamalə, İnci ("Toy” və "Xoşbəxtlər”, Sabit Rəhman), Əsmər ("Alov”, Mehdi Hüseyn), Fernando ("Dəlilər”, Lope de Veqa), Gülnar və Tamara ("Vaqif”, Səməd Vurğun), Nazlı ("Ölülər”, Cəlil Məmmədquluzadə), Ofeliya ("Hamlet”, Vilyam Şekspir) və digər rolları ilə uğur qazanıb.

Aktrisanın kino rolları arasında Telli ("Arşın mal alan”), Həbibə ("Qatır Məmməd”), Sevil ("Sevil”) və s. obrazları da məşhurdur.



Safurə İbrahimova teatr sənətindəki xidmətlərinə görə Azərbaycan Respublikasının Əməkdar artisti (1 iyun 1974-cü il) və Xalq artisti (24 dekabr 2002-ci il) fəxri adları ilə təltif edilib. Mehdi Məmmədovun quruluşunda Hüseyn Cavidin "İblis” faciəsindəki Rəna roluna görə Dövlət mükafatı laureatıdır.


SSRİ dövründə Novruz bayramı keçirilərkən ilk bahar qızı məhz Səfurə İbrahimova olub.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Növbəti “Xarıbülbül” Musiqi Festivalına hazırlıqlar başlayıb
Mədəniyyət 18:07
Növbəti “Xarıbülbül” Musiqi Festivalına hazırlıqlar başlayıb
Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub - Yenilənib
Mədəniyyət 14:26
Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub - Yenilənib
Prezident Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzalayıb
Mədəniyyət 13:36
Prezident Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzalayıb
Raziyyə Şirinova vəfat edib
Mədəniyyət 07:58
Raziyyə Şirinova vəfat edib
İncəsənət təhsilində tədris məzmunu yenilənib – nazir
Mədəniyyət 11:40
İncəsənət təhsilində tədris məzmunu yenilənib – nazir
İTV "Avroviziya-2026"da təmsilçi və mahnı seçimi ilə bağlı müzakirələrə münasibət bildirib
Mədəniyyət 21:30
İTV "Avroviziya-2026"da təmsilçi və mahnı seçimi ilə bağlı müzakirələrə münasibət bildirib
Türkiyədə Pasxa tətili – inanc, tarix və baharın gözəlliyi bir arada -FOTOLAR
Mədəniyyət 12:52
Türkiyədə Pasxa tətili – inanc, tarix və baharın gözəlliyi bir arada -FOTOLAR
Azərbaycanda milli teatrın yaranmasının 153-cü ildönümü qeyd olunur
Mədəniyyət 09:45
Azərbaycanda milli teatrın yaranmasının 153-cü ildönümü qeyd olunur
Ərdoğan: İran böhranı ilə bağlı bütün ehtimalları nəzərdən keçiririk
Mədəniyyət 20:25
Ərdoğan: İran böhranı ilə bağlı bütün ehtimalları nəzərdən keçiririk
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol