Tramp inauqurasiya gününü Milli vətənpərvərlik günü elan etdi
ABŞ prezidenti Donald Tramp inauqurasiya gününü Milli vətənpərvərlik günü elan edib.
Oxu.Az RT-yə istinadən xəbər verir ki, bu barədə "The Washington Post” məlumat yayıb.
Məlumata görə, müvafiq bayramın təsisi barədə fərmanı Tramp yanvarın 20-də inauqurasiyadan dərhal sonra imzalayıb.
"Mən, ABŞ prezidenti Donald Tramp, mənə ABŞ-ın Konstitusiyası və qanunları ilə verilən səlahiyyətlə 2017-ci ilin yanvarın 20-ni Milli vətənpərvərlik günü elan edirəm”, - sənəddə deyilir.
Qeyd edilir ki, bayram amerikalıların bir-biri, eləcə də hökumət ilə münasibətlərini möhkəmləndirəcək.
2017-ci ilin yanvar ayının 20-də Donald Tramp and içərək ABŞ prezidenti vəzifəsinin icrasına başlayıb.
www.ann.az
Son xəbərlər
Daha çox