Türkiyədə referendum aprelin əvvəllərində keçiriləcək
Türkiyədə Konstitusiya dəyişikliyi barədə referendum aprel ayının əvvəllərində keçiriləcək.
APA-nın "Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu baş nazir Binəli Yıldırım deyib.
Ötən həftə parlament tərəfindən qəbul edilən 18 dəyişiklikdən ibarət paket ölkə prezidenti Rəcəb Tayıb Ərdoğan tərəfindən təsdiqlənməlidir. Referendum qanun "Rəsmi qəzet”də dərc olunduqdan 60 gün sonra ilk bazar gününə təsadüf etməlidir.
Dəyişikliklərə əsasən Türkiyə parlament respublikasından prezident respublikasına çevrilir. Baş nazir postu ləğv olunur.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox