• $ 1.7
  • € 1.9849
  • ₽ 0.021912
  • ₺ 0.0423
  • £ 2.3046

DTX: 4 terrorçu məhv edilib

DTX: 4 terrorçu məhv edilib
01.02.2017 11:24
Bakıda Azərbaycanda terror aktları törətməyə hazırlaşan şəxslər zərərsizləşdirilib.
 
Bu barədə Dövlət Təhlükəsizlik Xidmətinin ictimai əlaqələr şöbəsindən bildirilib. Məlumata görə, Azərbaycan hüdudlarından kənarda fəaliyyət göstərən terror təşkilatının tabeçiliyini qəbul etmiş bir qrup şəxsin partlayıcı maddələr və silah-sursat əldə edib dini ekstremizm zəminində ölkə ərazisində müxtəlif yerlərdə terror aktları planlaşdırdıqları barədə Dövlət Təhlükəsizliyi Xidmətinə daxil olmuş məlumat aparılan araşdırmalarla təsdiqlənib. Təxirəsalınmaz tədbirlər nəticəsində dini ekstremizm zəminində xüsusilə ağır cinayətlərin törədilməsinə hazırlıqda şübhəli bilinən Azərbaycan vətəndaşları – "Abu Hafsa” ləqəbli M.Ulubəyovun, "Abdulqərib” ləqəbli Q. Dəmirovun, "Əbdülxalid” ləqəbli F. Sadıqovun, T. Alməmmədovun  və "Abdullah” ləqəbli S. Məmmədovun tutulması üçün bu il yanvarın 31-də xüsusi əməliyyat keçirilib.
 
Əməliyyat zamanı qrup üzvlərindən M. Ulubəyov, T. Alməmmədov, Q. Dəmirov və S. Məmmədov avtomat və tapançadan atəş açmaqla birgə silahlı müqavimət göstərərkən qanunvericiliklə müəyyən edilmiş qaydada cavab tədbiri olaraq xüsusi əməliyyat qrupu tərəfindən xidməti silahdan istifadə edilməklə məhv edilib, F.Sadıqov isə şübhəli şəxs qismində tutulub.
 
Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir. 

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev: “Cənub Qaz Dəhlizi layihəsi Avropanın enerji xəritəsini dəyişəcək”
Siyasət 04:22
İlham Əliyev: “Cənub Qaz Dəhlizi layihəsi Avropanın enerji xəritəsini dəyişəcək”
Nazir: “Azərbaycan nəticəyönümlü danışıqlara hazırdır”
Siyasət 03:29
Nazir: “Azərbaycan nəticəyönümlü danışıqlara hazırdır”
Prezident: “Biz bütün qəhrəman şəhid və yaralılarımızla fəxr edirik”
Siyasət 02:26
Prezident: “Biz bütün qəhrəman şəhid və yaralılarımızla fəxr edirik”
DTX: 4 terrorçu məhv edilib
Siyasət 11:24
DTX: 4 terrorçu məhv edilib
Daha bir ölkə Xocalı soyqırımını tanıdı
Siyasət 09:13
Daha bir ölkə Xocalı soyqırımını tanıdı
İlham Əliyev Ukraynaya rəsmi səfər edəcək
Siyasət 22:37
İlham Əliyev Ukraynaya rəsmi səfər edəcək
Azərbaycanda yeni medal təsis olundu – FOTO
Siyasət 19:51
Azərbaycanda yeni medal təsis olundu – FOTO
Ermənilər xeyli itki verdi, əsgərimiz itkin düşdü - RƏSMİ
Siyasət 14:26
Ermənilər xeyli itki verdi, əsgərimiz itkin düşdü - RƏSMİ
Azərbaycanda yeni qurum yaradılacaq – SƏRƏNCAM
Siyasət 22:05
Azərbaycanda yeni qurum yaradılacaq – SƏRƏNCAM
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol