• $ 1.7
  • € 1.9792
  • ₽ 0.021079
  • ₺ 0.0402
  • £ 2.2346

Dolların ucuzlaşması benzinin qiymətini aşağı salacaqmı?

Dolların ucuzlaşması benzinin qiymətini aşağı salacaqmı?
10.02.2017 19:00
Bu ilin yanvarın 13-də "Premium Euro-95” markalı benzinin qiyməti bahalaşıb. Bu zaman mətbuat SOCAR-dakı mənbələrə istinadən yazmışdı ki, idxal olunan "Premium Euro-95” , "Super Euro-98” markalı benzinlərin qiyməti bundan sonra dolların məzənnəsinə görə dəyişəcək. 

Yanvarın 13-də dolların rəsmi kursu 1,7867 səviyyəsində idi və benzinin qiyməti bahalaşaraq 1,05 manat olmuşdu. Fevralın 1-də isə qiymət yenidən qalxdı. "A-95” 1,15, "A-98” isə 1,20 oldu. O zaman isə dolların rəsmi məzənnəsi 1,92 manat səviyyəsində müəyyənləşmişdi.

Hazırda dollar manat qarşısında ucuzlaşmağa başlayıb. Rəsmi məzənnə 1,7301-dir.
Bəs belə olan halda "A-95” və "A-98”in qiymətləri düşə bilərmi?

ANN.Az-ın məlumatına görə, "Qafqazinfo” bu sualla Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyevə müraciət edib.

N.Quliyev bildirib ki, məsələ onlarlıq deyil: "Benzin satan şirkətlərlə əlaqə saxlamaq lazımdır. Siz bu barədə "SOCAR Petroleum”a müraciət edin”.

"SOCAR Petroleum”dan isə bildirdilər ki, onlar benzini satan şirkətdir, onun idxalı ilə məşğul olmurlar. Ona görə də, qiyməti müəyyən etmirlər.

Bu arada ölkədə fəaliyyət göstərən bir neçə benzin satan şirkətlərlə də əlaqə saxlasaq da, onlardan da eyni cavabları eşitməli olduq.

Ekspert İlham Şaban isə məsələ ilə bağlı bildirib ki, məsələnin obyektiv səbəbləri var:

"SOCAR Azərbaycandan neft məhsullarını Gürcüstana ixrac edir. Vaqonlar boşalır və boş vaqonlara benzini vurub gətirir. Nəticədə nəqliyyat xərcləri, demək olar ki, cüzi olur.
Dolların kursunun yerli bazarda bir neçə gün dəyişməsinin ölkəyə idxal edilən benzinin qiymətinə öz təsirini göstərməsinin isə iqtisadi əsasları yoxdur.

Çünki SOCAR idxal edilən benzini böyük həcmdə alır. Yəni birdən 1 aylıq müqavilə həcmlərini sifariş edir. Adətən, sifarişlər ayın 25 və ya 26-sı baş tutur. Yanvarın 25-də isə ölkədə dolların rəsmi kursu 1,9068 idi.

Siz elə liberal yanacaq bazarı olan Gürcüstanı götürə bilərsiniz. Dünya bazarından və ya yerli valyutanın kursunun dəyişməsindən asılı olaraq qiymətlərin dəyişməsi ayda iki dəfədən çox baş vermir”.

İ.Şaban qeyd edib ki, SOCAR yüksək oktanlı benzinin Azərbaycan bazarına gətirib topdansatışı ilə məşğul olan şirkətdir: 

"Ancaq 1 aprel 2014-cü il tarixindən etibarən yüksək oktanlı benzinlərin Azərbaycanda qiyməti hökumət tərəfindən müəyyənləşdirilmir, bu məsələ bazarın öhdəsinə buraxılıb. Yəni, pərakəndə satış məntəqələrində "Aİ-95” və "Aİ-98” markalı benzinlərin qiymətləri müxtəlif olmalıydı, necə ki, Bakıdakı bütün bazar və dükanlarda eyni malların qiyməti eyni deyil. Ancaq biz bu halı 3 ilə yaxındır ki, təəssüf ki, müşahidə etmirik. Demək ki, yanacaq bazarında hələ də nə rəqabət var, nə də ki bazar qanunları işləyir”.

Onun sözlərinə görə, "Aİ-95”-in qiyməti 2015-ci ilin oktyabr ayından 2016-cı ilin sonuna qədər dəyişməmişdi: 

"Bu il isə qiymət 2 dəfə dəyişdi. Maraqlıdır ki, bu qədər uzun müddətdə SOCAR nəyin hesabına idxal benzinin qiymətini stabil saxlayırdı? Gərək istehlakçılar bunu da fikirləşələr?

Əgər ölkə iqtisadiyyatında stabillik varsa (heç olmasa valyutada) idxalı nə ilə isə kompensasiya etmək olur, yox əgər balans pozulursa, onda "Aİ-95”-in qiyməti qısa zamanda 2 və hətta daha çox arta da bilər. Benzinin qiymətinin düşməsi isə qəlizləşir. Ona görə ki, itirilmiş əvvəlki mövqelərin maliyyə bərpası gedir”.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 4 mlrd. dolları ötüb
İqtisadiyyat 17:12
Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 4 mlrd. dolları ötüb
ABB UNEC-lə birgə “Data və süni intellekt sertifikasiya proqramı”nı
təqdim etdi
İqtisadiyyat 17:04
ABB UNEC-lə birgə “Data və süni intellekt sertifikasiya proqramı”nı təqdim etdi
Excitement at Nar tonight – the 4th car will find its owner
İqtisadiyyat 16:59
Excitement at Nar tonight – the 4th car will find its owner
Nar”da böyük həyəcan – Bu axşam 4-cü avtomobil öz sahibini tapacaq
İqtisadiyyat 16:58
Nar”da böyük həyəcan – Bu axşam 4-cü avtomobil öz sahibini tapacaq
Oktyabrda Gürcüstan Azərbaycandan 1,6 milyon dollarlıq neft alıb
İqtisadiyyat 15:45
Oktyabrda Gürcüstan Azərbaycandan 1,6 milyon dollarlıq neft alıb
Azərbaycanın neft ixracı artıb
İqtisadiyyat 13:48
Azərbaycanın neft ixracı artıb
Azərbaycanın xarici ticarət dövriyyəsi artıb
İqtisadiyyat 12:25
Azərbaycanın xarici ticarət dövriyyəsi artıb
Azərbaycanda notbuk istehsalı 16 dəfəyə yaxın artıb
İqtisadiyyat 12:24
Azərbaycanda notbuk istehsalı 16 dəfəyə yaxın artıb
Azərbaycanda sənaye istehsalı azalıb
İqtisadiyyat 11:53
Azərbaycanda sənaye istehsalı azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol