Dövlət Neft fondunun mətbuat katibi İngiltərədə nüfuzlu status alıb
İngiltərənin nüfuzlu "Chartered İnstitute of Public
Relations” (CİPR) İnstitutu Azərbaycan Respublikası Dövlət Neft Fondunun
İctimaiyyətlə əlaqələr departamentinin direktoru və mətbuat katibi Cəmalə
Əliyevaya bu İnstitutun akreditə olunmuş
PR mütəxəssisi (CİPR Accredited PR Practitioner) statusu verib. Cəmalə Əliyeva hazırda CİPR-ın üzvü olan yeganə azərbaycanlıdır.
Bu statusa CİPR-ın üzvü olan, iki il ərzində PR sahəsində
bilik və bacarıqlarını artırmaq üçün tələb olunan müxtəlif fəaliyyət növlərini
həyata keçirərək (CPD activities) hər il 60 bal olmaqla, ümumilikdə 120 bal
toplayan şəxslər layiq görülür.
Cəmalə Əliyeva 2007-ci ildən Azərbaycan Respublikası Dövlət
Neft Fondunda çalışır. 2013-cü ildə Azərbaycan Mətbuat Şurası tərəfindən "Azərbaycan
mediası ilə səmərəli əməkdaşlığın qurulmasındakı xidmətlərinə görə” diplomla təltif
edilib.
www.ann.az