Tramp yeni miqrasiya fərmanı imzalamaq istəyir
ABŞ prezidenti Donald Tramp, gələn həftə əhalisinin əksəriyyəti müsəlmanların olduğu yeddi ölkənin vətəndaşlarına ABŞ-a girişi qadağan edən yeni fərman imzalamaq niyyətində olduğunu bildirib.
ANN.Az BBC-yə istinadən xəbər verir ki, prezident təyyarəsinin göyərtəsində jurnalistlərlə söhbət zamanı Tramp qadağanın həyata keçirilməsi üzrə bir neçə variantı nəzərdən keçirdiyini bildirib.
Onun sözlərinə görə, yeddi ölkənin vətəndaşlarına ABŞ-a girişinə dair birinci fərmanın qüvvəyə minməsinə etiraz edən Apelyasiya məhkəməsinin qərarına qarşı Ali məhkəmədə iddia qaldırmağa tələsməyəcək.
"Biz bu mübahisədə qalib gələcəyik. Problem ondadır ki, buna zaman lazımdır. Bu mübahisədə biz qazanacağıq. Bizim yeni fərman imzalamaq da daxil olmaqla bir neçə variantımız var”, - Tramp deyib.
Hələlik fərmanın əvvəlkindən nə ilə fərqlənəcəyinə dair heç nə məlum deyil. Trampın sözlərinə görə, yeni sənədin mətni əvvəlkinin mətnini təkrarlayacaq.
Daha öncə San-Fransiskoda Apelyasiya məhkəməsi Trampın ABŞ-a yeddi müsəlman ölkəsinin vətəndaşlarının girişinə qadağa qoyan fərmanının qüvvəyə minməsini bərpa etməyib.
www.ann.az

Oxşar xəbərlər
Oxşar xəbərlər