• $ 1.7
  • € 2.0018
  • ₽ 0.021637
  • ₺ 0.0397
  • £ 2.293

Azərbaycan Beynəlxalq Bankında yeni təyinatlar

Azərbaycan Beynəlxalq Bankında yeni təyinatlar
13.02.2017 17:30
Bankdan Trend-ə verilən məlumata görə, Şölə Əkbərova Bankın İnsan resursları departamentinin direktoru vəzifəsinə təyin edilib.

O, Bakı Dövlət Universitetinin Hüquq, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi fakültəsinin məzunu olan Şölə Əkbərova 2007-ci ildən dövlət qulluğunda insan resursları sahəsində çalışıb. Səmərəli fəaliyyətinə görə 2013-cü ildə "Dövlət qulluğunda fərqlənmə medalı” ilə təltif edilib. Son təyinata qədər isə "Modern Group” Holdinqin İnsan resurslarının idarə edilməsi departamentinin direktoru olub. Bu sahədə bir çox beynəlxalq təlimlərin iştirakçısıdır. Azərbaycan Beynəlxalq Bankına insan resursları sahəsində yüksək bilik və təcrübəyə malik peşəkar mütəxəssisin cəlb edilməsində məqsəd Bank əməkdaşlarının motivasiyası, fərdi inkişafı, komandanın effektiv fəaliyyəti üçün müasir metodların tətbiqidir.

Murad Qurbanov isə Bankın Təhlükəsizlik departamentinin direktor müavini – Bankın İnformasiya təhlükəsizliyi inzibatçısı vəzifəsinə təyin edilib. O, Niderland Krallığının Eyndhoven Texnologiya Universitetindən magistr dərəcəsi ilə məzun olan 1988-ci il təvəllüdlü Murad Qurbanov Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. Son təyinata qədər "Rabitəbank” ASC-nin İnformasiya texnologiyaları departamentinin direktoru olub. İnformasiya təhlükəsizliyi sahəsində peşəkar bacarıqlara malik Murad Qurbanov yeni vəzifəsində Azərbaycan Beynəlxalq Bankında bank əməliyyatlarının təhlükəsizliyinin daha da gücləndirilməsi, bu sahənin inkişaf etdirilməsi missiyasını yerinə yetirəcək.

Qeyd edək ki, hazırda Azərbaycan Beynəlxalq Bankında maliyyə-təşkilati sağlamlaşdırma tədbirləri intensiv şəkildə davam etdirilir. Xalid Əhədovun rəhbərlik etdiyi Bankın yeni üzvlərlə gücləndirilmiş peşəkar idarəetmə komandasının qarşıya qoyduğu əsas hədəflər sağlamlaşdırma və restrukturizasiya prosesini qısa zamanda uğurla reallaşdırmaq, eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli müvafiq Fərmanında Bankın fəaliyyəti ilə bağlı irəli sürülmüş digər vəzifələri yerinə yetirməkdir.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ Hindistan şirkətinə Rosneft-dən neft almağa müvəqqəti icazə verib
İqtisadiyyat 09:33
ABŞ Hindistan şirkətinə Rosneft-dən neft almağa müvəqqəti icazə verib
Bu günə olan məzənnə
İqtisadiyyat 09:21
Bu günə olan məzənnə
AMB 2026-cı il üçün pul siyasətinin hədəfini açıqlayıb
İqtisadiyyat 09:14
AMB 2026-cı il üçün pul siyasətinin hədəfini açıqlayıb
Səyahətə hazırlaşanlar üçün Yelo App-də rahat həllər!
İqtisadiyyat 15:28
Səyahətə hazırlaşanlar üçün Yelo App-də rahat həllər!
Qızıl bahalaşıb
İqtisadiyyat 10:13
Qızıl bahalaşıb
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:40
Azərbaycan nefti bahalaşıb
Avro və rubl bahalaşıb - Məzənnə
İqtisadiyyat 09:35
Avro və rubl bahalaşıb - Məzənnə
SOCAR Türkiyədə 870 MVt-lıq elektrik stansiyasını 225 milyon dollara alıb
İqtisadiyyat 14:43
SOCAR Türkiyədə 870 MVt-lıq elektrik stansiyasını 225 milyon dollara alıb
Kreditini Birbank-a gətirənlər 3% endirim qazanır- Kampaniya davam edir
İqtisadiyyat 14:37
Kreditini Birbank-a gətirənlər 3% endirim qazanır- Kampaniya davam edir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol