• $
  • £

Əməkdar artist Kubra Dadaşova dəfn olunub

Əməkdar artist Kubra Dadaşova dəfn olunub
13.02.2017 20:20
Azərbaycanın Əməkdar artisti, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisası Kubra Dadaşova ailə qəbiristanlığında dəfn olunub.

ANN.Az bu barədə Report-a istinadla xəbər verir.

Qeyd edək ki, aktrisa fevralın 12-də uzun sürən xəstəlikdən sonra vəfat edib.

Xatırladaq ki, Dadaşova Kubra Məmmədağa qızı 31 avqust 1957-ci ildə Azərbaycan Teatr sənətinin görkəmli teatr xadimi, aktyor, Əməkdar artist Məmmədağa Dadaşovun ailəsində dünyaya gəlib.

29 iyun 1985-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsini bitirib. O, yaradıcılıq fəaliyyətinə tələbə ikən – 1982-ci ildə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında başlayıb. Həmin ildən ömrünün sonuna qədər Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində bir-birindən maraqlı dramatik və komik rollar ifa edib.

Kubra Dadaşova milli səhnə mədəniyyətimizin inkişafında göstərdiyi böyük xidmətlərə, qazandığı sənət uğurlarına görə 16 may 2006-cı ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb.

Cicixanım ("Qonşu qonşu olsa, kor qız ərə gedər”, Rəşid bəy Əfəndiyev), Bibi ("Ruhlar qapını döyür”, Rauf İçərişəhərli), Mənzərə ("Pul dəlisi”, Əhməd Orucoğlu), Nazlı ("O da mənəm, bu da”, Dadaş Mehdi), Küpəgirən ("Mağara”, Aygün Həsənoğlu), Mürəbbiyə ("Danışan gəlincik”, Abdulla Şaiq), Xeyransa ("Nəsrəddin”, Yusif Əzimzadə), Göhər ("Məhəbbət bir bəladır”, Əhməd Orucoğlu), Qulməmməd ("Cənnətin üç alması”, Nicat Kazımov), Qəmərbanu ("Mahmud və Məryəm”, Elçin), Rəhilə ("Ah, qadınlar, qadınlar”, Marat Haqverdiyev), Ziba xala ("Ağ dəvə”, Elçin), Ana ("Ələddinin sehrli çırağı”, Ərəb xalq nağılı), Ögey ana ("Göyçək Fatma”, Azərbaycan xalq nağılları), Zümrüd ("Mən səni sevirəm”, Ə.Əmirli), Zübeydə (”Buzovna kəndinin əhvalatları”, Elçin) və digər rolları aktrisanın zəngin və əlvan yaradıcılığının ayrılmaz hissəsi olub.

Kubra Dadaşova gənc yaşlarından bir sıra televiziya tamaşaları və filmlərdə müxtəlif rollara çəkilib.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Növbəti “Xarıbülbül” Musiqi Festivalına hazırlıqlar başlayıb
Mədəniyyət 18:07
Növbəti “Xarıbülbül” Musiqi Festivalına hazırlıqlar başlayıb
Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub - Yenilənib
Mədəniyyət 14:26
Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub - Yenilənib
Prezident Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzalayıb
Mədəniyyət 13:36
Prezident Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzalayıb
Raziyyə Şirinova vəfat edib
Mədəniyyət 07:58
Raziyyə Şirinova vəfat edib
İncəsənət təhsilində tədris məzmunu yenilənib – nazir
Mədəniyyət 11:40
İncəsənət təhsilində tədris məzmunu yenilənib – nazir
İTV "Avroviziya-2026"da təmsilçi və mahnı seçimi ilə bağlı müzakirələrə münasibət bildirib
Mədəniyyət 21:30
İTV "Avroviziya-2026"da təmsilçi və mahnı seçimi ilə bağlı müzakirələrə münasibət bildirib
Türkiyədə Pasxa tətili – inanc, tarix və baharın gözəlliyi bir arada -FOTOLAR
Mədəniyyət 12:52
Türkiyədə Pasxa tətili – inanc, tarix və baharın gözəlliyi bir arada -FOTOLAR
Azərbaycanda milli teatrın yaranmasının 153-cü ildönümü qeyd olunur
Mədəniyyət 09:45
Azərbaycanda milli teatrın yaranmasının 153-cü ildönümü qeyd olunur
Ərdoğan: İran böhranı ilə bağlı bütün ehtimalları nəzərdən keçiririk
Mədəniyyət 20:25
Ərdoğan: İran böhranı ilə bağlı bütün ehtimalları nəzərdən keçiririk
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol