• $ 1.7
  • € 2.0018
  • ₽ 0.021637
  • ₺ 0.0397
  • £ 2.293

Mehriban Əliyevanın deputat fəaliyyətinə xitam veriləcək

Mehriban Əliyevanın deputat fəaliyyətinə xitam veriləcək
21.02.2017 22:30
Xəbər verdiyimiz kimi, prezident İlham Əliyevin sərəncamı ilə Mehriban Əliyeva bu gün Azərbaycanın birinci vitse-prezidenti təyin olunub.

"Qafqazinfo” xəbər verir ki, mövcud qanunverciliyə əsasən icraedici orqanda fəaliyyət göstərən şəxslər qanunverici orqanda təmsil oluna bilməzlər. Bu səbəbdən Mehriban Əliyevanın deputat fəaliyyətinə xitam veriləcəyi gözlənilir.

"Qafqazinfo” məsələ ilə bağlı parlamentin hüquq komitəsinin üzvü Çingiz Qənizadə ilə əlaqə saxlayıb. Millət vəkili bildirib ki, Mehriban Əliyeva daha yüksək vəzifəyə təyinat alıb və o, bundan sonra fəaliyyətini icraedici orqanda davam etdirəcək.

Onun sözlərinə görə, əvvəllər də belə təcrübələr mövcud olub. Qanunverici orqanda təmsil olunan şəxslər icraediciyə təyinat alanda əvvəlki vəzifələrinə xitam verilir. Bu prosedur MSK-da keçirilən iclasla da protokollaşdırılır:

"Əvvəllər Mehriban Əliyeva bir dairəni təmsil edirdisə, indi bütün Azərbaycanı təmsil etmək hüququna malikdir”.

Qeyd edək ki, Mehriban Əliyeva 4 saylı Xəzər ikinci seçki dairəsindən deputat seçilmişdi.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Siyasət 16:35
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Siyasət 15:57
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Siyasət 15:52
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
DTX-nin hərbi qulluqçularının  maaşları 10% qaldırılıb
Siyasət 17:32
DTX-nin hərbi qulluqçularının maaşları 10% qaldırılıb
Zəfər Konstitusiyasının qəbuluna zərurət yaranıb - Deputat
Siyasət 14:52
Zəfər Konstitusiyasının qəbuluna zərurət yaranıb - Deputat
Nazir Xankəndində müşavirə keçirib - Rəsmi
Siyasət 16:01
Nazir Xankəndində müşavirə keçirib - Rəsmi
Vaşinqton Qafqazda sabitliyi pozur   - Kreml
Siyasət 17:18
Vaşinqton Qafqazda sabitliyi pozur - Kreml
MAXE olmaq istəyənlər üçün bugündən qəbul başlayır
Siyasət 13:16
MAXE olmaq istəyənlər üçün bugündən qəbul başlayır
Nazir Paşinyanın sülhlə bağlı fikirlərini yüksək qiymətləndirib
Siyasət 15:53
Nazir Paşinyanın sülhlə bağlı fikirlərini yüksək qiymətləndirib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol